“Rusiyanın Qarabağdakı mövqeyi Türkiyəyə keçə bilər” – Tofiq Zülfüqarov

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də Valday Diskussiya klubunun plenar iclasında iştirak edib.

Kreml lideri Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bir sıra mühüm məqamlardan da bəhs edib.

Sülh müqaviləsinin vacibliyindən danışan Putin, eyni zamanda ABŞ tərəfindən təqdim olunan sülh formulu ilə bağlı da fikirlərini bölüşüb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistana hansı sürprizi hazırlayır? – Tofiq Zülfüqarovun ŞƏRHİ


“Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar. 

Erməni xalqının bütün seçimləri dəstəklənəcək. Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa xüsusiyyətə malikdir və xüsusiyyət nəzərə alınmalıdır, o zaman belə də mümkündür. Sözsüz ki, Azərbaycanla razılışmaq lazımdır. Elə eləmək lazımdır ki, bu razılıq Azərbaycan üçün də məqbul olsun. Bu çox çətin, birbaşa desək ağır məsələdir”

Putinin bu açıqlamalarını şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, Rusiya lideri Minsk qrupunda baş verənləri üstüörtülü formada diqqətə çatdırıb:

“Münaqişənin xarici oyunçular tərəfindən, Ermənistan və Azərbaycanın münaqişə yolu ilə idarə olunması üçün iki mövzu prinsipial əhəmiyyət kəsb edir. Birincisi, danışıqlar prosesinin, ikincisi isə “sülhməramlı qüvvələrin” idarə edilməsidir. 10 Noyabr 2020-ci il tarixindən sonra bu mövzuların hər ikisinə Türkiyənin ciddi rolu ilə yanaşı, Rusiya tərəfi dominantlıq edir. Bu, Qərb və Ermənistanın maraqlarına o qədər də uyğun gəlmədi.

İndi vəziyyət qismən dəyişib. Qərb sistemli şəkildə, siyasi təsir vasitəsilə danışıqlar prosesinə de-fakto qayıtmasını təmin etdi və “sülhməramlı qüvvələr”də iştirak mövzusunu gündəmə gətirməyə davam edir. Onlar indiyədək Ermənistanla şərti sərhəddə Rusiya ilə paralel faktiki mövcudluğa nail olublar”. 

Tofiq Zülfüqarovun fikrincə, həm Qərb, həm də Rusiya Azərbaycan hakimiyyəti ilə “yerli ermənilər” arasında format yaratmaq və danışıqlarda iştirak etmək üçün çalışacaq:

“İndi status mövzusunda Qərb və Rusiya Federasiyasının mövqelərində fərq yoxdur. Minsk qrupunun 25 illik təcrübəsi göstərdiyi kimi, onlar mənasızdır, çünki hamını qane edəcək nəticə əldə etmək mümkün deyil. Belə olan halda onların elan edilmiş mövqeləri asanlıqla dəyişəcək.

Digər tərəfdən zəifləyən Rusiyanın Qarabağı tərk etməsi mümkündür. Rusiyanın Qarabağdakı yerini faktiki olaraq tərəfdaşı olan Türkiyəyə verməsi ehtimalı çox yüksəkdir. Amma Qərb Qarabağa doğru “sürünməyə” davam edərsə, bu halda uzun zaman tələb ediləcək. Çünki Makron və Pelosi kimi siyasətçilərin açıqlamaları heç də müsbət ab-hava yaratmır. Ümumiyyətlə isə Minsk qrupu hissə-hissə canlanmağa və geri qayıtmağa çalışır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

End of content

No more pages to load

RADİO