Moskvada MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin iclası keçirilib - FOTO

Oktyabrın 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 51-ci iclası keçirilib. Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri qatılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb. 

İclasda MDB dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlər, bəzi terror təşkilatlarının yenidən fəallaşmasının region ölkələrində hökm sürən sabitliyə təsirləri, informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, beynəlxalq terrorçuluq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı müzakirə edilib. 

Həmçinin destruktiv qüvvələrin MDB ölkələrinə nüfuzetmə cəhdləri və kəşfiyyat-pozuculuq fəaliyyəti, bölgədə olan müharibə və münaqişə ocaqlarının daim aktiv fazada saxlanılmasına və regionun bəzi ərazilərində silahlı insidentlərin davamlı xarakter almasına, xarici qeyri-hökumət qeyri-kommersiya və beynəlxalq təşkilatların “yumşaq güc” vasitələrindən istifadə etməklə MDB məkanında ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdən əməllərinə qarşı birgə mübarizə barədə geniş fikir mübadiləsi aparılıb. 

Görüşdə qarşılıqlı əməkdaşlıq münasibətləri üzrə müvafiq sənədlər imzalanıb. 

İclas çərçivəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin tədbir iştirakçıları ilə videoformatda keçirilmiş görüşündə çıxış edərək dünyada geosiyasi gərginliklərin gündən-günə artdığını, bu vəziyyətin Birlik ölkələrinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini vurğulayıb. 
Rusiya rəhbəri həmçinin regional təhlükəsizliyi ciddi risk altına alan hallara effektiv və operativ reaksiya göstərilməsi üçün xüsusi xidmət orqanlarının işgüzar təmaslarının daha sıx təşkil olunmasının vacibliyinə toxunaraq bu orqanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

End of content

No more pages to load

RADİO