Rusiya Daxili İşlər Nazirliyi (DİN) süni intellektdən istifadə etməklə yaradılan dipfeyklər və bu vasitə ilə həyata keçirilən dələduzluq halları ilə bağlı məlumatları açıqlayıb.
Bizim.Media xəbər verir ki, rəsmi statistikada dipfeyklərlə bağlı müraciətlərin sayı aşağı olaraq qalır. Bu, məsafədən törədilən 300 mindən çox dələduzluq faktının qeydə alındığı bir şəraitdə baş verir.
Bununla belə, zərərçəkənlər hər zaman saxtakarlıqla üzləşdiklərini anlamırlar. Dələduzlar özlərini dövlət rəsmiləri, qohumlar və tanışlar kimi təqdim edə bilərlər.
Məlumatda dipfeykləri necə tanımaq və dələduzlardan necə qorunmaq barədə tövsiyələr də yer alıb.
Bizim.Media