Bir vaxtlar əhalisinin sayına görə Azərbaycanda birinci idi – “Xaraba şəhər”i Çinlə nə bağlayır?

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Adı sadə, qulağa tanış gələn, amma tarixi çox mürəkkəb olan bir şəhərdən bəhs edəcəyik... Yaxın tarixə qədər “Yeni Şamaxı” adlandırılan – Ağsu rayonu.

Azərbaycanın ən böyük şəhərlərini ötüb Türkiyənin Bizans İmperiyası, Osmanlı Səltənəti kimi sanballı tarixini daşıyan İstanbulla qardaşlaşan məhz Ağsu olub. Uşaq vaxtı bu ad bizim məsum zehnimizə başqa düşüncələr yeridirdi: inanırdıq ki, məşhur türk müğənni-bəstəkarı Sezen Aksu məhz Ağsu əsillidir. Vaxtilə bu rayondan gedən mühacir ailəsinin övladıdır. Özümüzə bundan kiçik bir iftixar payı çıxarardıq. Bəlkə də elə bu məsum düşüncənin təsiri ilə belə bir infantil fikir yaranır: görəsən, istanbullular da bu ad doğmalığına görə Ağsu ilə qardaşlaşıblar? Cavabda tərəddüd edirik, amma əmin olduğumuz başqa bir fakt var: Çində də Ağsu şəhəri varmış.

Bəs bu ad min kilometrlərlə uzaqdakı coğrafiyada necə peyda olub? Təsadüfdür, yoxsa ortaq keçmişin izləri?

Ağsunun adını araşdırarkən bu sadə görünən toponimin arxasında düşündüyümüzdən daha maraqlı bir tarix ortaya çıxdı. Öncə onu qeyd edək ki, dediyimiz “kitayski Ağsu” Çinin Sincan-Uyğur Muxtar Rayonunda yerləşir. Üstəlik Muxtariyyətin ən böyük şəhərlərindəndir. Elə bu toponimi də oğuz türkləri bu bölgəyə gətirib. Mənası isə suyunun xüsusən yay aylarında duru olması  ilə əlaqəlidir. XX əsrin əvvəllərinə qədər Ağsunun yaxınlığında Sincan obasının yaşaması rəsmi sənədlərdə təsdiqlənir.

Nadir şahın yadigarı

Ağsunun bir başqa adı da “Xaraba şəhər”dir. Ağsu şəhərinin adı XVI–XVII əsrdən tarixə bəllidir. 1735-ci ildə Nadirqulu xan (1736-cı ildən sonra Nadir şah) yararsız hala düşmüş Şamaxı şəhərinin əhalisini Ağsuya köçürüb, ciddi plan əsasında şəhəri yenidən tikdirib. Həmin dövrdə yaşamış müəlliflər — Haşimi Şirvani, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani və başqaları öz əsərlərində bir qayda olaraq bu şəhəri Ağsu adlandırıblar.

Şəhərin rəsmi adı Nadir şahdan sonra da Hacı Məhəmmədəli xan, Məhəmmədsəid xan, Mustafa xanın dövründə Ağsu adlanmışdır. “Xaraba şəhər” dağıdıldığına görə deyilib.

Rus səyyahı S. Bronevski öz yazılarında həmin şəhəri belə təsvir edir:

“Şəhərin ətrafına qala divarları çəkilmişdi. Qalanın dördkünc və dairəvi bürcləri var idi. Qala divarlarının qarşısında dərin xəndək qazılıb, yaşayış binalarının alt hissəsi zirzəmilərdən ibarətdir. Şəhərdə yaşayış binaları sıx yerləşir. Şəhərin mərkəzi küçələri nisbətən enlidir. Qədim Ağsu şəhərinin yerindən orta əsrlər dövrünə aid sadə gil qab nümunələri və Şirvan hakimi Surxay xanın adına zərb edilmiş mis sikkələr tapılıb. Pul Nadir Şahın şəhərin salınması əmrindən əvvələ aiddir”

Bakını, Gəncəni, Ərdəbili geridə qoyan Ağsu

Səyyah V. Leviatov isə qeyd edirdi ki, XVIII əsrin sonunda Yeni Şamaxı şəhərinin əhalisi 10 minə yaxın olduğu halda Gəncə, Ərdəbil, Şuşa, Nuxa, Bakı və başqa şəhərlərin əhalisi 3-8 mindən çox deyildi.

1743-cü ildə Şirvanda Nadir Şahın zülmünə qarşı üsyan başlandı. Bu zaman özlərini Səfəvilərin xələfləri kimi təqdim edən yalançı şahzadələr — I, II, III Sam Mirzələr meydana çıxdı. I Sam Mirzə 50 minlik qoşunla Şirvanın mərkəzi olan Ağsu şəhərini zəbt etdi. Nadir şahın zülmündən cana gəlmiş əhali onu rəğbətlə qarşıladı. O, xalqı Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad etdi, lakin Nadir Şahın oğlu Nəsrullah Mirzə Şirvan düzündə baş verən döyüşdə I Sam Mirzəni öldürdü.

II Sam Mirzə Ağsunun keçmiş xanı Surxay xanın oğlu Məhəmməd xanın yardımı ilə Şirvanda güclü üsyanın baş verməsində böyük rol oynadı. Nəsrullah Mirzə 3 dəfə məğlub olmasına baxmayaraq, Ağsu qalasını bir neçə gün mühasirədə saxladıqdan sonra nəhayət top atəşi ilə ələ keçirə bildi. Bununla da Ağsu şəhərinə həlledici zərbə dəymiş oldu. Şəhərdə az sayda insan qalmışdı ki, onların da çoxunu əsr tutub şəhəri tamamilə qarət etdilər.

Ağsuda niyə tarixi tikililər azdır?

Rus səyyahı, akademik S. Q. Qmelin Ağsuda olarkən evlərin dağıdılmış divarlarından başqa heç nə tapmadığını bildirir. Ağsu şəhəri XVIII əsrdə dəfələrlə feodal basqınlarının qurbanı olmuşdur. Tez-tez köçürmələr, dağıntılar əhalinin bir şəhərdə yaşamaq ümidlərinə zərbə vururdu. Şəhər sakinləri bu səbəbdən yaraşıqlı binalar, məscidlər, türbələr, ictimai və rəsmi binalar tikməyə üstünlük vermirdilər. Ağsu 1967-ci ilə kimi şəhər tipli qəsəbə, həmin ildə şəhər statusu alıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çempionlar Liqasında həftənin rəmzi komandası AÇIQLANDI

Çempionlar Liqasında həftənin rəmzi komandası AÇIQLANDI

Sikorski Putinin danışıqlara qoşulmasına ETİRAZ ETDİ: “Təcavüzkara təzyiq göstərmək lazımdır”

Sikorski Putinin danışıqlara qoşulmasına ETİRAZ ETDİ: “Təcavüzkara təzyiq göstərmək lazımdır”

Süni intellekt vasitəsilə DƏLƏDUZLUQ - Kreml xəbərdarlıq etdi

Süni intellekt vasitəsilə DƏLƏDUZLUQ - Kreml xəbərdarlıq etdi

Ordubadın Dırnıs kəndinə sel gəldi, təsərrüfatlara ziyan dəydi - VİDEO

Ordubadın Dırnıs kəndinə sel gəldi, təsərrüfatlara ziyan dəydi - VİDEO

Payızda immuniteti dəstəkləyən BEŞ MƏHSUL - Süfrənizdən əskik etməyin

Payızda immuniteti dəstəkləyən BEŞ MƏHSUL - Süfrənizdən əskik etməyin

UEFA-dan Fəridə Lütfəliyevaya TƏYİNAT

UEFA-dan Fəridə Lütfəliyevaya TƏYİNAT

Azərbaycanda 2060-cı ilədək xalis sıfır emissiya hədəfi TƏSDİQLƏNDİ

Azərbaycanda 2060-cı ilədək xalis sıfır emissiya hədəfi TƏSDİQLƏNDİ

“Nərimanov”da binada UÇQUN OLDU

“Nərimanov”da binada UÇQUN OLDU

Rusiya Ermənistanı Aİ-yə yaxınlaşmağın riskləri barədə XƏBƏRDAR ETDİ

Rusiya Ermənistanı Aİ-yə yaxınlaşmağın riskləri barədə XƏBƏRDAR ETDİ

Bir vaxtlar əhalisinin sayına görə Azərbaycanda birinci idi – “Xaraba şəhər”i Çinlə nə bağlayır?

Bir vaxtlar əhalisinin sayına görə Azərbaycanda birinci idi – “Xaraba şəhər”i Çinlə nə bağlayır?

“Naxçıvan Aqroservis” ASC-nin sədri HƏBS EDİLDİ

“Naxçıvan Aqroservis” ASC-nin sədri HƏBS EDİLDİ

Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi AÇIQLANDI

Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi AÇIQLANDI

Rusiya Qara dənizdə təhlükəsizlik məsələlərini Türkiyə ilə MÜZAKİRƏ EDİR

Rusiya Qara dənizdə təhlükəsizlik məsələlərini Türkiyə ilə MÜZAKİRƏ EDİR

Gəncədə YOL QƏZASI: Üç qadın xəstəxanalıq oldu

Gəncədə YOL QƏZASI: Üç qadın xəstəxanalıq oldu

Zelenskidən sanksiyaların ləğvinə ETİRAZ: “Putinə nəsə versəniz, hər şeyi istəyəcək” - VİDEO

Zelenskidən sanksiyaların ləğvinə ETİRAZ: “Putinə nəsə versəniz, hər şeyi istəyəcək” - VİDEO

UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı

UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı

Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır

Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır

Bakının bəzi yollarında TIXAC VAR

Bakının bəzi yollarında TIXAC VAR

Çində 7,1 ballıq ZƏLZƏLƏ OLDU

Çində 7,1 ballıq ZƏLZƏLƏ OLDU

“Starlink” mübahisəsi BÖYÜYÜR: Vensdən diqqətçəkən açıqlama

“Starlink” mübahisəsi BÖYÜYÜR: Vensdən diqqətçəkən açıqlama

Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ

Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ

Sergen Yalçın rəsmən Türkiyə millisində

Sergen Yalçın rəsmən Türkiyə millisində

Azərbaycan BMT-də məcburi köçkünlərlə bağlı təcrübəsini bölüşdü - FOTO

Azərbaycan BMT-də məcburi köçkünlərlə bağlı təcrübəsini bölüşdü - FOTO

Bakıda kişi şalvarı ütüləməyən arvadını döydü - Belə cəzalandırıldı

Bakıda kişi şalvarı ütüləməyən arvadını döydü - Belə cəzalandırıldı

End of content

No more pages to load

RADİO