Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alnıb.
Hərəkətdə olan iki avrtomobilin toqquşması zamanı 3 nəfər xəsarət alıb. Yaralılardan 1961-ci il təvəllüdlü Lyudmina Məmmədova, 1990-cı il təvəllüdlü daha bir qadın və 1991-ci il təvəllüdlü Sevinc Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.