Rusiya Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı Türkiyə və digər ölkələrlə təmasdadır.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə açıqlamasında bildirib.
TASS-ın məlumatına görə, Qruşko Türkiyədən Qara dəniz vasitəsilə taxıl ixracına dair hər hansı rəsmi təklifin daxil olub-olmadığı barədə suala belə cavab verib:
“Biz Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı təkcə Türkiyə ilə deyil, bir çox başqa ölkələrlə də təmasdayıq. Burada müxtəlif aspektlər müzakirə olunur”.
Bizim.Media