“Dünya enerji bazarında sabitliyi pozan tərəf Rusiya deyil, ABŞ və Avropa İttifaqıdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşündə bildirib.
Lavrovun sözlərinə görə, Rusiya enerji bazarında qiymət dəyişkənliyində maraqlı deyil və sabitliyin tərəfdarıdır.
O, həmçinin Rusiyanın İrana qarşı ABŞ ilə münaqişənin həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu qeyd edib. Lavrovun sözlərinə görə, Rusiya ilə İran arasında karbohidrogenlər sahəsində əməkdaşlıq üçün böyük perspektivlər var.
Lavrov iddia edib ki, Rusiya Ukraynada mülki obyektlərə hücum etməyib, yalnız terror aktlarına dəstək məqsədilə istifadə olunan obyektlər istisnadır.
Bizim.Media