Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafı, eləcə də aktual regional və beynəlxalq məsələlər müzakirə olunub.
Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinə salamlarını çatdırıb və Moskvada keçiriləcək qarşıdan gələn Qaz İxrac Edən Ölkələr Forumunun (FQİÖF) sammiti çərçivəsində onunla görüşəcəyinə ümid etdiyini bildirib.
Bizim.Media