Perunun Xorxe Çaves adına hava limanından havaya qalxan LATAM Airlines aviaşirkətinə məxsus təyyarənin qanadı anidən alışıb.
Bizim.Media xəbər verir ki, bu barədə istehlakçı hüquqlarının müdafiəsi üzrə dövlət qurumu olan “Indecopi” məlumat yayıb.
Məlumata görə, Lima şəhərindən Piyura istiqamətində uçuşa hazırlaşab təyyarə dərhal eniş edib, sərnişinlər təxliyə edilib.
Şirkət hadisənin uçuş başlamazdan əvvəl yaranan “gözlənilməz texniki nasazlıq” səbəbindən baş verdiyini açıqlayıb.
Hazırda hava limanı normal rejimdə fəaliyyət göstərir, fövqəladə vəziyyət aradan qaldırılıb.
Bizim.Media