Parisdə etirazlar və iğtişaşlar fonunda iki ərazidə komendant saatı tətbiq olunur.
Bizim.Media xəbər verir ki, bu barədə BFMTV Paris deputatlarına istinadən məlumat yayıb.
Məlumata görə, saat 23:00-dan səhər 06:00-dək Respublika meydanında və Le-Al məhəlləsinin ətrafındakı küçələrdə insanların hərəkəti məhdudlaşdırılacaq.
Məhdudiyyətlər yalnız yetkinlik yaşına çatmayanlara deyil, bütün insanlara şamil olunacaq.
Bizim.Media