Türkiyənin ən çox izlənilən xəbər kanallarından biri olan "Halk TV"nin İstanbuldakı mərkəzi binasında səhər saatlarında polis əməliyyatı keçirilib. Kanalın yayımı dayandırılıb.
Bizim.Media xəbər verir ki, oktyabrın 14-ü səhər saatlarında Polis İdarəsinin Maliyyə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və Terrorla Mübarizə (TEM) şöbələrinin əməkdaşları kanalda axtarış aparmağa başlayıblar.
Əməliyyat çərçivəsində "Halk TV" İdarə Heyətinin sədri Cafer Mahiroğlu da daxil olmaqla 17 nəfər haqqında həbs qətimkan tədbiri seçilib. Kanalın yerləşdiyi küçə polis tərəfindən bağlanıb, əməkdaşlar binaya buraxılmır.
Bizim.Media