Bu gün Bakıda “Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda III Milli Rəqabət Forumu keçirilir.
Bizim.Media xəbər verir ki, tədbir rəqabət siyasətinin inkişafı, iqtisadi tənzimləmə və dövlət-özəl sektor əməkdaşlığı məsələlərinə həsr olunub.
Forum çərçivəsində rəqabət siyasətinə elmi-analitik baxış, təbii inhisar sahələrinin tənzimlənməsi, infrastrukturun inkişafında dövlət-özəl tərəfdaşlığının imkanları və müstəqil tənzimləyici qurumlarla əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçılar və ekspertlər iştirak edirlər.
Bizim.Media