Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

Bakıda regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan Xəzər İnşaat Həftəsi (Caspian Construction Week) keçirilir.

Bizim.Media xəbər verir ki, 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutub. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi fonunda “Caspian Construction Week” dayanıqlı şəhər inkişafı, müasir memarlıq yanaşmaları, innovativ tikinti texnologiyaları və infrastrukturun modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Həftə çərçivəsində “BakuBuild” - 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, “Rebuild Garabagh” - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi, “Aquatherm Baku” - 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi və “Plastex Caspian” - 5-ci Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi bir məkanda – Bakı Ekspo Mərkəzində təşkil olunacaq.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubu oxunub.

Xəzər İnşaat Həftəsinə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) yer alır.
 

Həftə çərçivəsində “BakuBuild” sərgisində tikinti və istehsalat avadanlıqları, tikinti materialları, döşəmə, interyer və memarlıq həlləri, işıqlandırma və izolyasiya sistemləri, keramika və üzlük daşı, metal məmulatları, pəncərə və qapılar, landşaft həlləri və digər istiqamətlər üzrə məhsul və texnologiyalar nümayiş etdiriləcək. “Rebuild Garabagh” işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinə beynəlxalq şirkətlərin, texnologiyaların və investisiyaların cəlb edilməsinə xidmət edəcək. “Aquatherm Baku” istilik, havalandırma, kondisionerləşdirmə, su təchizatı və santexnika sahələrini, “Plastex Caspian” isə plastik və polimer sənayesində xammal, istehsal texnologiyaları və hazır həlləri əhatə edəcək.


200-dən çox şirkət Xəzər İnşaat Həftəsində iştirakını təsdiqləyib. İştirakçılar arasında Azərbaycanla yanaşı, Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alır. İtaliya, Özbəkistan və Rusiya sərgidə milli pavilyonlarla təmsil olunur. Bu il İtaliya sərgidə iştirakını genişləndirərək iki pavilyonla çıxış edir. Onlardan biri Siciliyanın potensialını və məhsullarını nümayiş etdirən ayrıca ekspozisiyadır. Bir neçə sərginin eyni məkanda keçirilməsi iştirakçılara tikinti, memarlıq, mühəndis sistemləri, su təchizatı, sənaye istehsalı və infrastruktur sahələrində daha geniş peşəkar auditoriyaya çıxış imkanı yaradır.

Sərgilərin zəngin işgüzar proqramına panel müzakirələri, tematik sessiyalar, təqdimatlar, eləcə də B2B və B2G görüşləri daxildir. Bu format şirkətlərə özəl sektor və dövlət qurumlarının nümayəndələri ilə birbaşa danışıqlar aparmaq, bazarın tələbatını öyrənmək, təchizat və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün şərait yaradır.

“Caspian Construction Week” ilə eyni tarixlərdə “Road & Traffic” - 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi də təşkil olunacaq. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları üzrə mütəxəssisləri bir araya gətirir. Burada yolların, körpülərin və tunellərin layihələndirilməsi və tikintisi, şəhərsalma, yol-tikinti texnikası, geodeziya və GIS sistemləri, parkinq sistemləri, intellektual nəqliyyat sistemləri, hərəkətin idarə olunması, ictimai nəqliyyat, ödəniş sistemləri, velo-nəqliyyat infrastrukturu, yol nişanları, işıqlandırma və təhlükəsizlik həlləri təqdim edilir. Sərgidə Azərbaycan, Çin, Rusiya Federasiyası və digər ölkələrdən “Bohnenkamp”, “Fujian Tıetuo Machinery Co., Ltd”, “Geoid”, “Global Automobiles”, “K Group (Bakıkart)”, “Miakom SPB”, “STP-BTECH” kimi şirkətlər iştirakını təsdiq edib. Eyni zamanda, “Road & Traffic” sərgisində Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi öz stendi ilə təmsil olunur.

Qeyd edək ki, Xəzər İnşaat Həftəsi oktyabrın 14-16-dək fəaliyyət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gədəbəydə qəzaya düşən ailə üzvlərinin SON DURUMU

Gədəbəydə qəzaya düşən ailə üzvlərinin SON DURUMU

Ukrayna “Sberbank”ın data mərkəzini dronla vurdu - FOTO

Ukrayna “Sberbank”ın data mərkəzini dronla vurdu - FOTO

Qarabağda daimi iş yerləri artırılacaq

Qarabağda daimi iş yerləri artırılacaq

Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Azərbaycanda bəzi xidmət haqları 2 dəfə azaldılır – RƏSMİ

Azərbaycanda bəzi xidmət haqları 2 dəfə azaldılır – RƏSMİ

PrezidentQarabağ və Şərqi Zəngəzurda fəlaiyyət göstərəntəhsil ocaqlarından danışdı

PrezidentQarabağ və Şərqi Zəngəzurda fəlaiyyət göstərəntəhsil ocaqlarından danışdı

Ehtiyatda olan polkovnik-leytenant HƏYATINI İTİRDİ

Ehtiyatda olan polkovnik-leytenant HƏYATINI İTİRDİ

Nişanını qaytaran Nigar Tofiqdən diqqətçəkən sözlər - Video

Nişanını qaytaran Nigar Tofiqdən diqqətçəkən sözlər - Video

Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

İlham ƏliyevdənMurovdağ tuneli ilə bağlı AÇIQLAMA

İlham ƏliyevdənMurovdağ tuneli ilə bağlı AÇIQLAMA

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

İşğaldan azad edilmiş ərazilərdə yaşayan insanların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə yaşayan insanların sayı AÇIQLANDI

Gədəbəydə bir ailənin 5 üzvü qəzaya düşdü: Ölən və yaralanan var

Gədəbəydə bir ailənin 5 üzvü qəzaya düşdü: Ölən və yaralanan var

Vahid geyim, nümunəvi təhsil həyatı – Məktəblərdə ürəkaçan mənzərə - FOTOLAR

Vahid geyim, nümunəvi təhsil həyatı – Məktəblərdə ürəkaçan mənzərə - FOTOLAR

Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü

Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü

Prezidentdən “Rebuild Garabagh” sərgisinin iştirakçılarına MÜRACİƏT

Prezidentdən “Rebuild Garabagh” sərgisinin iştirakçılarına MÜRACİƏT

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat

Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat

Sumqayıtda avtobus sürücüləri ilə bağlı şikayət -VİDEO

Sumqayıtda avtobus sürücüləri ilə bağlı şikayət -VİDEO

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - AÇIQLAMA

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - AÇIQLAMA

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Avtobus doludursa, sürücü əlavə sərnişin mindirməkdən imtina edə bilər? - AYNA-dan AÇIQLAMA

Avtobus doludursa, sürücü əlavə sərnişin mindirməkdən imtina edə bilər? - AYNA-dan AÇIQLAMA

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

Tramp Ukraynada sülhə necə nail olacağını bilmir - Bloomberg

Tramp Ukraynada sülhə necə nail olacağını bilmir - Bloomberg

End of content

No more pages to load

RADİO