Xaçmazda avtomobil ağaca çırpıldı - FOTO

Bu gün səhər saat 07:00 radələrində Xaçmaz şəhərinin Nərimanov prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hərəkətdə olan "Chevrolet" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Zərbənin gücündən ərazidəki digər nəqliyyat vasitəsinə də ziyan dəyib.

Xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

End of content

No more pages to load

RADİO