Azərbaycan güləşçisi Elmir Əliyev ABŞ-ın Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda qazaxıstanlı Aybek Aytbekovla qarşılaşıb.
Rəqibinə 4:13 hesabı ilə uduzan Elmir Əliyev fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 18-də yekun vurulacaq.
Bizim.Media