İranın müdafiə naziri səlahiyyətlərini icra edən, raket mühəndisi Mehdrad Əxlaqi Ketabçi ölkənin raket imkanları ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o bildirib ki, İranın silahlı qüvvələrinin əsas məqsədi ABŞ-ni mümkün qədər tez bölgədən çıxarmaqdır.
Ketabçinin sözlərinə görə, İran orta mənzilli raket texnologiyalarına tam yiyələnib və hazırda uzaqmənzilli raketlər üzərində işləyir. O iddia edib ki, bu raketlər ABŞ-nin digər bölgələrdəki hərbi bazalarını da hədəf ala biləcək.
İran rəsmisi, həmçinin ölkənin raketlərinin dəqiqliyinin artdığını və bu göstəricini 100 faizə çatdırmağı hədəflədiklərini bildirib.
Bizim.Media