Xəbər verdiyimiz kimi, İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli bina çöküb.
Bizim.Media xəbər verir ki, uçqun anının ilk görüntüləri yayılıb.
Qeyd edək ki, binanın ilk 3 mərtəbəsi çöküb, lakin tikili tamamilə dağılmayıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Axtarış-xilasetmə işlərinə başlanıb.
Bizim.Media