Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ avqust ayında bağladığı İnstaqram və X hesabları ilə bağlı tez-tez verilən sualı cavablandırıb.
Bizim.Media xəbər verir ki, o, jurnalistlərə açıqlamasında sosial mediadan uzaqlaşmasının konkret bir səbəbinin olmadığını bildirib.
Tatlıtuğ sosial mediadan uzaqlaşmaq qərarını belə izah edib:
"Ürəyim sıxıldı, istədim, ona görə də bağladım. Bunu dramatik bir hekayə ilə əlaqələndirməyə ehtiyac yoxdur. Açıq deyim. Bunun əvəzinə gedib çoxlu kitab aldım və oxudum".
Bizim.Media