Bu rayonda da torpağın qiymətini qaldırdılar

Ələtdə torpaq sahələrinin qiyməti son illərdə ərazinin strateji əhəmiyyətinin artması fonunda yüksəlir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və əsas nəqliyyat dəhlizlərinə yaxınlıq torpağa tələbatı artıran əsas amillər sırasında göstərilir. Ərazidə infrastruktur layihələrinin genişlənməsi və biznes aktivliyinin artması fonunda torpaq qiymətlərinin gələcəkdə necə dəyişəcəyi də maraq doğurur.

Bəs Ələtdə torpağın bahalaşmasının əsas səbəbi nədir və bu ərazilərdə qiymət artımı davam edə bilərmi?

Bizim.Media xəbər verir ki, Demokrat.az-a açıqlamasında əmlak eksperti Anar Nəsirov dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əmlak bazarının tələb və təklif prinsipi ilə işlədiyini bildirib:

Onun sözlərinə görə, tələb çox olduqda qiymətlər yuxarı qalxır, təklif çox olduqda isə satıcılar arasında yaranan rəqabət nəticəsində qiymətlər aşağı düşür:

"Ələt qəsəbəsində Azad İqtisadi Zonasının yaradılması məhz torpaqların qiymətlərinin yuxarı qalxmasına səbəb olub. Belə ki, burada dəniz limanının açılması, təyyarə meydançasının yaradılması və logistikanın, yəni yerüstü daşımaların planlaşdırılması Ələt qəsəbəsinə olan marağı daha da artırıb. Əvvəllər bu əraziyə çox maraq göstərilməsə də, Azad İqtisadi Zonasının yaradılmasından sonra istər xarici və yerli investorların, istərsə də həmin zonaya yaxın yaşamaq istəyən vətəndaşların marağı artıb.

Bununla yanaşı, Azad İqtisadi Zonasında gələcəkdə daha çox iş yerinin yaradılması və iş imkanlarının artması yerli vətəndaşların da diqqətini cəlb edir. Həmin zonaya yaxın ərazilərdə yaşamaq və orada işlə təmin olunmaq imkanının yaranması ev və torpaq almaq istəyənlərin sayını artırır. Vətəndaşlar torpaq alaraq ev tikməyə, ticarətlə məşğul olmağa və ya hər hansı biznes fəaliyyəti göstərməyə maraq göstərirlər. Ələt Azad İqtisadi Zonasının yaranması istər xarici, istər yerli investorların diqqət mərkəzindədir. Bu səbəbdən də Ələt qəsəbəsində torpaqların qiymətlərində yüksəliş baş verib".

Ekspert əlavə edib ki, ərazidə zavodlar, fabriklər və istehsal müəssisələrinin fəaliyyət göstərməsi də torpağa marağı artıracaq:

"Bu fəaliyyət nəticəsində həmin sexlərdə, zavodlarda və fabriklərdə işləmək üçün işçi qüvvəsinə tələbatın artacağı gözlənilir. Bu da xüsusən yerli vətəndaşların diqqət mərkəzindədir. Burada yaxın yaşamaqla həmin iqtisadi zonada işlə təmin olunmaq imkanının olması insanları bu ərazilərdə torpaq almağa və gələcəkdə ev tikməyə sövq edir.

Məhz bu nöqteyi-nəzərdən istər iş adamları, istər yerli və xarici investorlar, istərsə də sadə vətəndaşlar burada torpaq almağa, gələcəkdə ev tikməyə, ticarətlə məşğul olmağa və ya hər hansı biznes fəaliyyəti göstərməyə olduqca maraqlıdırlar. Bu artan tələbatın nəticəsində isə qiymətlərin yuxarı qalxması qaçılmaz olur.

Ələt qəsəbəsində dəniz limanı, magistral və hava limanları yer alacaq. Ərazidə Azad İqtisadi Zona çərçivəsində fabriklər, zavodlar və istehsal müəssisələri fəaliyyət göstərəcək. Bu baxımdan hesab edirəm ki, əraziyə tələbat daha da artacaq və Ələt yerli və xarici investorların diqqət mərkəzində qalacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oyuncaqlarla bağlı SƏRT TƏLƏBLƏR – Nələrin satışına icazə verilməyəcək?

Oyuncaqlarla bağlı SƏRT TƏLƏBLƏR – Nələrin satışına icazə verilməyəcək?

Paşinyandan Medvedevin Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi ilə bağlı xəbərdarlığına REAKSİYA

Paşinyandan Medvedevin Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi ilə bağlı xəbərdarlığına REAKSİYA

Bakıda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bakıda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU

İşdən çıxarıldı: baş həkimin müavinini bıçaqladı

İşdən çıxarıldı: baş həkimin müavinini bıçaqladı

Sadır Japarovdan təklif: Mərkəzi Asiya və Azərbaycan birgə turizm marşrutları yaratsın

Sadır Japarovdan təklif: Mərkəzi Asiya və Azərbaycan birgə turizm marşrutları yaratsın

Səhiyyə Nazirliyi: “Növbə problemi TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır”

Səhiyyə Nazirliyi: “Növbə problemi TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır”

Noyabrda 11 gün iş OLMAYACAQ

Noyabrda 11 gün iş OLMAYACAQ

Türkmənbaşı şəhərində sənədlər imzalandı

Türkmənbaşı şəhərində sənədlər imzalandı

680 mindən çox pinqvin nədən tələf olub?

680 mindən çox pinqvin nədən tələf olub?

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Sürücülərin NƏZƏRİNƏ: Bu gün saat 15:00-dan... - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bu gün saat 15:00-dan... - FOTO

Bakının bu ərazisində yol bağlanacaq – XƏBƏRDARLIQ

Bakının bu ərazisində yol bağlanacaq – XƏBƏRDARLIQ

Ötmə qaydasını pozan sürücü azyaşlı bacısının ölümünə səbəb oldu - ANBAAN VİDEO

Ötmə qaydasını pozan sürücü azyaşlı bacısının ölümünə səbəb oldu - ANBAAN VİDEO

Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO

Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO

Əməliyyat olunan Ofeliya Sənaninin SON DURUMU

Əməliyyat olunan Ofeliya Sənaninin SON DURUMU

DİQQƏT! Bakıda bəzi marşrutların hərəkət sxemləri DƏYİŞDİRİLDİ

DİQQƏT! Bakıda bəzi marşrutların hərəkət sxemləri DƏYİŞDİRİLDİ

Kıvanç Tatlıtuğ sosial media hesablarını bağlamasının SƏBƏBİNİ AÇIQLADI

Kıvanç Tatlıtuğ sosial media hesablarını bağlamasının SƏBƏBİNİ AÇIQLADI

Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı – Məktəbli saxlanıldı

Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı – Məktəbli saxlanıldı

Prezident: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik

Prezident: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik

Putin hazırda hansı saatı taxır? – DETALLAR - FOTO

Putin hazırda hansı saatı taxır? – DETALLAR - FOTO

İlham Əliyev: “Xəzər dənizi ölkələrimiz arasında vacib rol oynayır”

İlham Əliyev: “Xəzər dənizi ölkələrimiz arasında vacib rol oynayır”

Altı il öncə bu gün – 8 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 8 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Prezident: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb”

Prezident: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb”

End of content

No more pages to load

RADİO