Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya bildirilib ki, yarışın beşinci günündə milli komandanın daha 3 idmançısı 1/4, 2-si 1/2 finala vəsiqə qazanıb.

Nihad Məmmədli (48 kiloqram) 1/8 finalda Filip Borkovski (Polşa) ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti qarşılaşmada Akmal Dustiyevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

İsmayıl Nəsirzadə (52 kiloqram) də rinqdən qalib ayrılıb. Təmsilçimiz Vakaris Kiseliunası (Litva) 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Nəsirzadə 1/4 finalda Qleb Qrinblatı (İsrail) sınağa çəkəcək.

Məhəmmədəli İstamov (57 kiloqram) Martin Donovandan (İrlandiya) güclü olub. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala gedən yolda Eleftherios Zurnatsislə (Yunanıstan) döyüşəcək.

Səma Abbasova (66 kiloqram) 1/4 finalda Aleksandra Kerdolla (İsrail) qüvvəsini sınayıb.Boksçumuz döyüşün taleyini ikinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü yarımfinalda İustina Anufriyeva (Rusiya) ilə üz-üzə gələcək. Xumar Cəfərli (+80 kiloqram) isə Aleksandra Liteanunu (Rumıniya) yarışdan kənarlaşdırıb. Boksçumuz 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Avropa çempionumuz yarımfinala gedən yolda Sofiya Opalyuxla (Ukrayna) görüşəcək.

Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Beləliklə, 1/4 final vəsiqə qazanan boksçularımızın sayı 11-ə yüksəlib.

Qeyd edək ki, yarışda 1/4 final döyüşləri bu gün, yarımfinallar oktyabrın 9-da olacaq.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı - 3 nəfər axtarılır - VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı - 3 nəfər axtarılır - VİDEO

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş

Bu sürücülər cərimə edilməyəcək

Bu sürücülər cərimə edilməyəcək

Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunlarına dair Birgə Bəyanat – TAM MƏTN

Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunlarına dair Birgə Bəyanat – TAM MƏTN

Oyuncaqlarla bağlı SƏRT TƏLƏBLƏR – Nələrin satışına icazə verilməyəcək?

Oyuncaqlarla bağlı SƏRT TƏLƏBLƏR – Nələrin satışına icazə verilməyəcək?

Paşinyandan Medvedevin Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi ilə bağlı xəbərdarlığına REAKSİYA

Paşinyandan Medvedevin Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi ilə bağlı xəbərdarlığına REAKSİYA

Bakıda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bakıda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU

İşdən çıxarıldı: baş həkimin müavinini bıçaqladı

İşdən çıxarıldı: baş həkimin müavinini bıçaqladı

Sadır Japarovdan təklif: Mərkəzi Asiya və Azərbaycan birgə turizm marşrutları yaratsın

Sadır Japarovdan təklif: Mərkəzi Asiya və Azərbaycan birgə turizm marşrutları yaratsın

Səhiyyə Nazirliyi: “Növbə problemi TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır”

Səhiyyə Nazirliyi: “Növbə problemi TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır”

Noyabrda 11 gün iş OLMAYACAQ

Noyabrda 11 gün iş OLMAYACAQ

Türkmənbaşıda mühüm sənədlər imzalandı

Türkmənbaşıda mühüm sənədlər imzalandı

680 mindən çox pinqvin nədən tələf olub?

680 mindən çox pinqvin nədən tələf olub?

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Sürücülərin NƏZƏRİNƏ: Bu gün saat 15:00-dan... - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bu gün saat 15:00-dan... - FOTO

Bakının bu ərazisində yol bağlanacaq – XƏBƏRDARLIQ

Bakının bu ərazisində yol bağlanacaq – XƏBƏRDARLIQ

Ötmə qaydasını pozan sürücü azyaşlı bacısının ölümünə səbəb oldu - ANBAAN VİDEO

Ötmə qaydasını pozan sürücü azyaşlı bacısının ölümünə səbəb oldu - ANBAAN VİDEO

Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO

Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO

Əməliyyat olunan Ofeliya Sənaninin SON DURUMU

Əməliyyat olunan Ofeliya Sənaninin SON DURUMU

DİQQƏT! Bakıda bəzi marşrutların hərəkət sxemləri DƏYİŞDİRİLDİ

DİQQƏT! Bakıda bəzi marşrutların hərəkət sxemləri DƏYİŞDİRİLDİ

Kıvanç Tatlıtuğ sosial media hesablarını bağlamasının SƏBƏBİNİ AÇIQLADI

Kıvanç Tatlıtuğ sosial media hesablarını bağlamasının SƏBƏBİNİ AÇIQLADI

Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı – Məktəbli saxlanıldı

Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı – Məktəbli saxlanıldı

Prezident: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik

Prezident: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik

End of content

No more pages to load

RADİO