Xalq artisi Ofeliya Sənani okytabrın 6-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat edilib.
Bu barədə Ofeliya Sənaninin ailəsindən Bizim.Media-ya məlumat verilib.
Bildirilib ki, Ofeliya Sənani küçədə yıxıldığı üçün xəsarət alıb. Bud sümüyündə yaranan problemə görə əməliyyat olunub.
"Ofeliya xanım hazırda özünü nisbətən yaxşı hiss edir. Dünən vəziyyəti bir az pis idi. Yüksək təzyiq bir qədər problem yaradır", - açıqlamada qeyd olunub.
Fəridə, Bizim.Media