Rusiyanın Amur vilayətində təyyarə qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Qəza Krasnoyanovo kəndi yaxınlığında baş verib. Bortda yeddi nəfər olub. Onlardan 6-sı həlak olub. Xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hava gəmisi "Ukrainka" aviasiya qrupuna məxsusdur; hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.
Bizim.Media