Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Bakı Metropolitenində hər gün minlərlə sərnişin daşınır. Günün müəyyən saatlarında sərnişin sıxlığının artması isə müxtəlif insidentlərin, o cümlədən qəfil səhhət problemləri, huş itirmə və xəsarət hallarının baş verməsi ehtimalını artırır. Belə vəziyyətlərdə ilkin tibbi yardımın vaxtında göstərilməsi xüsusi əhəmiyyət daşıyır.

Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, Bakı Metropoliteninə məxsus qatarlarda ilkin tibbi yardım çantaları mövcud deyil.

Maraqlıdır ki, əgər sərnişinlər arasında tez-tez sağlamlıq problemləri yaranırsa, nə üçün qatarlar ilk tibbi yardım çantaları ilə təchiz edilməyib?

“Bakı Metropoliteni” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki,  Bakı Metropoliteninin yeraltı istismar şəraiti, o cümlədən tunellərdə təbii olaraq nəmişlik və rütubətin mövcud olması müəyyən tibbi vasitələrin saxlanması üçün tələb olunan şəraitin təmin edilməsini çətinləşdirə bilər:

“İlkin yardım çantalarının tərkibində olan vasitələrin istehsalçı tərəfindən müəyyən edilmiş saxlanma şərtlərinə uyğun qorunması və yararlılıq vəziyyətinə mütəmadi nəzarətin təmin edilməsi zəruridir. Bu səbəbdən, ilkin yardım çantaları vaqonlarda deyil, müvafiq saxlanma şəraiti və nəzarət imkanları təmin olunan stansiyalarda saxlanıla bilər. Lakin bu halda belə həmin vasitələrdən yalnız peşəkar tibb personalı istifadə edərək müvafiq yardımı göstərə bilər.

Qeyd edilən məsələlər yalnız Bakı metropoliteninin təhlükəsizlik qaydalarına ziddiyyət təşkil etməmək şərtilə müvafiq hüquqi normativ aktlar və aidiyyəti qurumların müvafiq əsaslandırılmış rəyi əsasında tətbiq edilə bilər”, - deyə qurumdan suallarımıza cavab olaraq qeyd edilib

Həmçinin açıqlamada sərnişinlərin səhhətində problem yarandığı halda metropolitan əməkdaşlarının gördükləri tədbirlər barədə məlumat verilib:

“”Bakı Metropoliteni” QSC sərnişinlərin təhlükəsizliyi və sağlamlığının qorunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. Qeyd edilməlidir ki, stansiya işçiləri tibb üzrə ixtisaslı kadr olmadıqları üçün bu vasitələrin sərnişinlərə müvafiq xidməti göstərməsi metropolitenin əsas fəaliyyət vəzifələrinə ziddir.
 

Sərnişinin səhhətində hər hansı problem yarandıqda, metropoliten əməkdaşları dərhal təcili tibbi yardım briqadasının çağırılması üçün aidiyyəti üzrə operativ tədbirlər görür. Bu mexanizm sayəsində həkim briqadası hadisə yerinə mümkün ən qısa müddətdə cəlb olunur. Həmçinin bildiririk ki, əməkdaşlar üçün ilkin yardım mövzusunda dövri təlimlər təşkil olunur. Təlimlərdə fövqəladə vəziyyətlərdə düzgün davranış qaydaları, ilkin yardımın əsas prinsipləri və sərnişinlərlə düzgün ünsiyyət bacarıqları öyrədilir.


Həmçinin aidiyyəti qurumlarla dövri əlaqəli fəaliyyət təmin edilir və müvafiq addımlar atılır. Bakı Metropoliteni sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirlərini davam etdirir.

Qeyd edilməlidir ki, Bakı Metropoliteninin fövqəladə hallar üzrə mövcud prosedurları hadisə baş verdikdə şəxsin ən yaxın stansiyaya çatdırılmasını və burada ona müvafiq yardımın təşkil edilməsini nəzərdə tutur”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

End of content

No more pages to load

RADİO