Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Açılış məramisində çıxış edən Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini mədəniyyətin və yaddaşın sülhün əsas sütunları olduğunu bildirərək deyib:

"Sərgi müxtəlif dinlər, xalqlar, mədəniyyətlər, dillər və ənənələr arasında dialoq üçün imkan yaratmaq məqsədi daşıyır. Bu, həm də xalçaçılıq sənətinin köklərinin ölkənin ənənələrinə dərindən bağlı olduğu Azərbaycana bir ehtiramdır. Bu gün burada sərgilənən xalçalar çox bacarıqlı sənətkarlar tərəfindən yaradılmış dəyərli nümunələr olmaqla yanaşı, həm də kimliyin və bəşəriliyin təcəssümüdür".
 

Rafaella Petrini eksponatların həm də dinlərarası dialoq dəyərinin səfirləri olduğunu diqqətə çatdıraraq, sərginin bu cür danışıqlar üçün konkret imkan yaratmaqla yanaşı, Azərbaycan ilə Vatikan arasındakı əlaqələrin mükəmməl ikitərəfli xarakterinin növbəti təsdiqi olduğunu bildirib.


Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov ölkəmizin zəngin mədəni irsində xalçanın həmişə Şərqlə Qərbi birləşdirən amil olduğunu deyərək, ölkəmizin əsrlər boyu tarixi İpək Yolunun mühüm tərkib hissəsi olduğunu, regionun ipək istehsalı və xalçaçılıq üzrə əsas mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
 

Bu gün təqdim olunan üç xalçanın bəşəri dəyərlərə həsr olunmuş unikal bədii triptix olduğunu deyən səfir qeyd edib:

“Səkkizillik iş prosesində hər üç dinin ənənələrinə tam hörmətlə yanaşılmaqla inanc, dialoq və dözümlülük arasında bədii sintezə nail olunub. Ölkəmizdə Azərbaycan xalqının azad ruhu yalnız dözümlülükdə deyil, həm də ibadət evlərinə və müqəddəs irsə həqiqi hörmətdə özünü göstərir. Bu ruh Azərbaycanda bütün dünyada nümayiş etdirilən dinclik şəraitində birgəyaşayışın özünəməxsus nümunəsini formalaşdırıb. Bu mənada, bu gün təqdim olunan xalçalar son dərəcə dəyərli sənət əsərləridir".

Vatikan Muzeylərinin direktoru xanım Barbara Yatta Romanın həmişə gözəlliyi və ideyaları bölüşmək üçün körpülər saldığını qeyd edərək deyib:

"Bu möhtəşəm xalçalar Vatikan Muzeylərinin ən mötəbər bölmələrindən birində - Anima Mundi Muzeyində nümayiş olunur. Bildiyiniz kimi, “Anima Mundi” “dünyanın ruhu” deməkdir və biz son 10 ildə muzeyin bu hissəsini belə adlandırmağa qərar vermişik. Muzeyin bu hissəsi ən xüsusi guşələrdən biridir. Yenidən qurulan bu məkanda dünyanın dörd qitəsi təmsil olunur: Avstraliya, Afrika, Amerika və Asiya. Heydər Əliyev Fondu ilə birlikdə məqsədimiz bunları bir araya gətirməkdir. Hər gün muzeyə gələn minlərlə ziyarətçi müxtəlif mədəniyyətləri və inancları birləşdirən bu əsərləri görmək imkanına malik olur”.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bu əsərin Azərbaycanda xalçaçılıq sənətində yeni bir erasının başlanğıcı olduğunu qeyd edib və ilk dəfə olaraq 28 qadının səkkiz il ərzində "Səmavi dinlər" ideyasını həyata keçirdiyini deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə sülhün və müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşaya bildikləri məkan olub.

“Bizim üçün xalça sənətkarlıqdan, ənənəvi incəsənətdən daha üstün bir dəyərdir. Biz bilirik ki, hər bir ənənəvi incəsənət hansısa xalqın ruhunu nümayiş etdirir. Beləliklə, bu gün bu üç xalçada Azərbaycanın və onun xalqının ruhunu görmək mümkündür”, - deyə Ə.Məlikova əlavə edib.

Sonra qonaqlar sərgiyə baxıblar.

Qeyd edək ki, sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür. Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini - sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

End of content

No more pages to load

RADİO