Ermənistanda benzin və dizel yanacağının qiymətləri rekord səviyyəyə yüksəlib.
Bizim.Media xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, paytaxtdakı yanacaqdoldurma məntəqələrində "AI-92" markalı benzinin bir litri hazırda orta hesabla 600 drama (1,66 dollar) satılır (əvvəlki qiymət 580 dram idi), "premium" markalı benzinin qiyməti də 20–30 dram bahalaşaraq 620–630 drama çatıb.
Dizel yanacağının qiyməti də eyni miqdarda artaraq 710 drama (1,96 dollar) yüksəlib.
Bizim.Media