Əraqçinin başçılıq etdiyi İran nümayəndə heyəti sentyabrın 30-dək Nyu-Yorkda qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Ynet" nəşri İran mənbəyinə istinadən məlumat yayıb.
Qərarın səbəbləri açıqlanmır.
Nümayəndə heyəti ABŞ-yə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 81-ci sessiyasında iştirak etmək üçün səfər edib.
Sessiyanın yüksək səviyyəli ümumi müzakirələri sentyabrın 28-də başa çatacaq.
Nümayəndə heyətinin şəhərdə bir neçə gün ləngiməsi, böyük ehtimalla, Vaşinqton və Tehran arasında danışıqlar prosesinin bərpası səyləri ilə bağlıdır.
Bizim.Media