İran xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkofla görüşmək qərarını ölkənin aidiyyəti qurumları ilə, o cümlədən Ali Milli Təhlükəsizlik Şurası ilə razılaşdırmadan verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Agentlik Əraqçinin milli maraqlara zidd olduğu bildirilən bu addımla bağlı müvafiq qurumlara və İran xalqına cavab verməli olduğunu qeyd edir.
Bildirilir ki, Əraqçi bu ciddi qərarı hansı hesablamalarla verdiyini təcili şəkildə izah etməlidir.
Bizim.Media