Xəbər verdiyimiz kimi, bu gün Ermənistanda D.K. adlı müqaviləli hərbi qulluqçu hələ müəyyən edilməmiş şəraitdə baş verən partlayış nəticəsində həlak olub. Alınan son məlumata görə, hadisə Sisyanda baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “news.am" saytı yazıb.
Mənbə hərbi qulluqçunun qumbara partladaraq intihar etdiyini bildirib.
Həlak olan şəxs 2022-ci ildən etibarən müqaviləli hərbi qulluqçu kimi xidmət edirmiş.Ermənistan Müdafiə Nazirliyi hələlik hadisə ilə bağlı təfərrüatları açıqlamayıb.
Rəsmilər yalnız standart prosedurlar başa çatdıqdan sonra məlumat veriləcəyini bildiriblər.
Bizim.Media