Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanı hədələyərək, Rusiya ilə müharibə başlayacağı təqdirdə bunun "çox qısa" olacağını söyləyib.
Bizim.Media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, ölkəsinin Avropaya hücum etmək niyyətində olmadığını iddia edib, lakin əlavə edib ki, əgər Avropa Rusiyaya hücum etsə, "bu, tamamilə başqa müharibə olacaq".
Xatırladaq ki, bundan əvvəl İtaliyanın müdafiə naziri Qvido Krozetto Rusiyanın Ukrayna ilə dayanmayacağını bildirmiş, Polşanın xarici işlər naziri Radoslav Sikorski isə Kalininqrad yaxınlığında hərbi təlimlərin keçirilməsinə çağırış etmişdi. Öz növbəsində, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Polşanın Rusiya ilə müharibədə "iki-üç günə" məhv olacağını iddia edib.
Bizim.Media