Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Sentyabrın 18-də Türkiyənin paytaxtı Ankarada görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olacaq.

Bizim.Media AZƏRTAC-a istinadla xəbər verir ki, layihə ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir.

Şuşa şəhərinin görkəmli yetirməsinin barelyefi ilə yanaşı, ilk müəllimlərindən birinin Əhməd bəy Ağaoğlunun olduğu Ankara Universitetinin Hüquq fakültəsində onun adını daşıyan mühazirə zalının da açılışı təşkil ediləcək.

Əhməd Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabrında Şuşa şəhərində anadan olub.

Şuşada, daha sonra isə Tbilisidə liseyi bitirən Əhməd bəy Ağaoğlu təhsilini Parisdə davam etdirib. 1897-ci ildə tanınmış neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Əhməd bəy Bakıya köçüb. Burada məktəbdə fransız dilindən dərs deyib, “Kaspi” qəzeti ilə əməkdaşlıq edib.

1907-ci ildə rus dilində “Proqress” qəzetini nəşr edib. 1908-ci ilin iyunundan “Tərəqqi” qəzetini nəşr etməyə başlayıb və 1909-cu ildə Türkiyəyə gedənədək onun naşiri olub.

Əhməd bəy Ağaoğlu 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana gəlib. 1919-cu ildə Paris Sülh Konfransına yollanan nümayəndə heyətinin tərkibinə daxil olub, lakin daşnakların müraciəti əsasında Böyük Britaniyanın hakimiyyət orqanları tərəfindən həbs edilib. O, İstanbul həbsxanasında qısa müddət saxlanıldıqdan sonra Maltaya sürgün olunub.
 

Osmanlı imperiyasının süqutundan sonra yaranmış Türkiyə Respublikası Maltadakı vətəndaşlarını britaniyalı hərbi əsirlərlə dəyişdirmək barədə razılığa gəlib. Azad edilərək geri qayıdanlar arasında Əhməd bəy Ağaoğlu da olub.


Əhməd bəy Ağaoğlu Türkiyədə formalaşmış hökumətin və şəxsən Mustafa Kamal Atatürkün böyük etimadını qazanıb. İlk görüş zamanı soydaşımız haqqında Atatürkdə müsbət fikir formalaşıb.

1921-ci ildə Əhməd bəy Ağaoğlu mətbuat direktoru təyin olunub və Türkiyə xalqının istiqlal müharibəsinin təbliğatçılarından birinə çevrilib. O, “Anadolu” agentliyinin ilk İdarə Heyətinin sədri olub, Ankara Universitetində dərs deyib.

Türk dünyasının tanınmış oğlu Əhməd bəy Ağaoğlu 1939-cu il mayın 19-da doğma Şuşadan uzaqda, İstanbulda vəfat edib.

Əhməd bəy Ağaoğlunun həm Azərbaycanda, həm də Türkiyədə çoxşaxəli fəaliyyəti belə görkəmli şəxsiyyət yetişdirmiş Azərbaycan xalqının potensialını nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

Kəlbəcərə ilin sonunadək nə qədər insan köçürüləcək? - RƏSMİ

Kəlbəcərə ilin sonunadək nə qədər insan köçürüləcək? - RƏSMİ

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun” – VİDEO

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun” – VİDEO

Bakı 140-dan çox ölkənin nümayəndələrini bir araya gətirdi

Bakı 140-dan çox ölkənin nümayəndələrini bir araya gətirdi

Hikmət Hacıyev: “Kəlbəcər yenidən qurulur, canlanır”

Hikmət Hacıyev: “Kəlbəcər yenidən qurulur, canlanır”

40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur... - QRAFİK

40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur... - QRAFİK

Lavrov Zelenskini Moskvaya DƏVƏT ETDİ

Lavrov Zelenskini Moskvaya DƏVƏT ETDİ

İndoneziyanın ən aktiv vulkanı 700 metrlik kül püskürtdü

İndoneziyanın ən aktiv vulkanı 700 metrlik kül püskürtdü

Kəlbəcərdə növbəti Bal Festivalı keçirildi – FOTO/VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirildi – FOTO/VİDEO

Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Gürcüstanda müxalifət lideri Giorgi Baramidze həbs edildi

Gürcüstanda müxalifət lideri Giorgi Baramidze həbs edildi

“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə... – VİDEO

“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə... – VİDEO

Bu ölkə 2027-ci ildə BRICS-ə sədrlik edəcək

Bu ölkə 2027-ci ildə BRICS-ə sədrlik edəcək

Yuxululuq, halsızlıq, diqqət azalması: “Payız yorğunluğu”nun gizli səbəbləri BƏLLİ OLDU

Yuxululuq, halsızlıq, diqqət azalması: “Payız yorğunluğu”nun gizli səbəbləri BƏLLİ OLDU

Oğul ona siqaret almayan atasını bıçaqladı

Oğul ona siqaret almayan atasını bıçaqladı

Azərbaycanda NADİR HADİSƏ: Uşaq ananın bətnində yox, qaraciyərindədir - VİDEO

Azərbaycanda NADİR HADİSƏ: Uşaq ananın bətnində yox, qaraciyərindədir - VİDEO

DİN-dən son sutkanın əməliyyat HESABATI

DİN-dən son sutkanın əməliyyat HESABATI

Bakı aeroportunda sərnişinlər üçün maraqlı əyləncə ZONASI – “Tilsimli meşə” - FOTO

Bakı aeroportunda sərnişinlər üçün maraqlı əyləncə ZONASI – “Tilsimli meşə” - FOTO

İran ABŞ-la danışıqlar üçün ŞƏRTLƏRİNİ açıqladı

İran ABŞ-la danışıqlar üçün ŞƏRTLƏRİNİ açıqladı

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

“Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda tədbir keçirildi – FOTO

“Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda tədbir keçirildi – FOTO

Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi – FOTO

Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi – FOTO

Şəlalə Ana Hümmətli: “Çəmənzəminli haqqında altı kitabımız nəşr olunub”

Şəlalə Ana Hümmətli: “Çəmənzəminli haqqında altı kitabımız nəşr olunub”

End of content

No more pages to load

RADİO