Yuxululuq, halsızlıq, diqqət azalması: “Payız yorğunluğu”nun gizli səbəbləri BƏLLİ OLDU

Payızın gəlişi ilə gün işığının azalması və yuxu rejiminin dəyişməsi bir çox insanda halsızlıq, yuxululuq və diqqət azalmasına səbəb ola bilər. Bu vəziyyət çox vaxt “payız yorğunluğu” kimi qiymətləndirilir.

Bəs payız aylarında artan yorğunluq hansı problemlərdən xəbər verə bilər və bunun qarşısını almaq üçün qidalanmada nələrə diqqət edilməlidir?

Lökbatan Tibb Mərkəzinin həkim nevropatoloqu Mehriban Qubadlı Bizim.Media-ya açıqlamasında bildirib ki, davamlı yorğunluğu yalnız “payız yorğunluğu” kimi qəbul etmək düzgün deyil. Həkimin sözlərinə görə, anemiya, dəmir və vitamin B12 çatışmazlığı, hipotireoz, diabet, yuxu apnesi, depressiya və digər səbəblər də araşdırılmalıdır.

Qidalanmaya diqqət etmək vacibdir?

Nevropatoloq qeyd edib ki, yorğunluğun qarşısının alınması və orqanizmin ehtiyac duyduğu qida maddələrinin alınması üçün gündəlik qida rasionunda müxtəlif qida qruplarına yer verilməlidir.
 

"Zülal mənbəyi kimi yumurta, balıq, toyuq, ət və paxlalılar; dəmir mənbəyi kimi qırmızı ət, qaraciyər, mərcimək və ispanaq; vitamin B12 üçün isə ət, balıq, yumurta və süd məhsulları qəbul edilə bilər. Omega-3 üçün həftədə iki dəfə yağlı balıq yemək, həmçinin bol tərəvəz, meyvə və tam taxıllardan istifadə etmək, kifayət qədər su qəbul etmək faydalıdır. Səhər yeməyini buraxmamaq, çox şirin və yüksək karbohidratlı qidaları azaltmaq da tövsiyə olunur".


Hansı vitamin və dərmanlar qəbul edilə bilər?

Mehriban Qubadlı istifadə edilə biləcək vasistələrdən də danışıb.

"Payız-qış dövründə vitamin D xüsusilə nəzərə alınmalıdır. Bir çox klinik tövsiyədə böyüklər üçün profilaktik olaraq gündə 400-600 BV (10 mkq) qəbul edilməsi nəzərdən keçirilir. Amma dəmir, B12 və fol turşusunu analizsiz rutin qəbul etmək məsləhət görülmür. Çatışmazlıq varsa, müvafiq dozada müalicə daha doğrudur. B12 çatışmazlığının özü də yorğunluq və əzələ zəifliyi yarada bilər".

Davamlı yorğunluq zamanı hansı analizlər verilməlidir?

Həkim vurğulayıb ki, yorğunluq davamlıdırsa, ilkin yoxlama zamanı ümumi qan analizi, ferritin, vitamin B12, fol turşusu, 25-OH vitamin D, TSH, sərbəst T4 və T3 müayinələri aparıla bilər.

"Əgər yuxululuq çox güclüdürsə, gündüz yuxuya getmə, xoruldama və ya apnoe, səhər baş ağrısı, çəki dəyişməsi və ya əhval pozğunluğu varsa, səbəb ayrıca araşdırılmalıdır".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

Kəlbəcərə ilin sonunadək nə qədər insan köçürüləcək? - RƏSMİ

Kəlbəcərə ilin sonunadək nə qədər insan köçürüləcək? - RƏSMİ

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun” – VİDEO

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun” – VİDEO

Bakı 140-dan çox ölkənin nümayəndələrini bir araya gətirdi

Bakı 140-dan çox ölkənin nümayəndələrini bir araya gətirdi

Hikmət Hacıyev: “Kəlbəcər yenidən qurulur, canlanır”

Hikmət Hacıyev: “Kəlbəcər yenidən qurulur, canlanır”

40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur... - QRAFİK

40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur... - QRAFİK

Lavrov Zelenskini Moskvaya DƏVƏT ETDİ

Lavrov Zelenskini Moskvaya DƏVƏT ETDİ

İndoneziyanın ən aktiv vulkanı 700 metrlik kül püskürtdü

İndoneziyanın ən aktiv vulkanı 700 metrlik kül püskürtdü

Kəlbəcərdə növbəti Bal Festivalı keçirildi – FOTO/VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirildi – FOTO/VİDEO

Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Gürcüstanda müxalifət lideri Giorgi Baramidze həbs edildi

Gürcüstanda müxalifət lideri Giorgi Baramidze həbs edildi

“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə... – VİDEO

“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə... – VİDEO

Bu ölkə 2027-ci ildə BRICS-ə sədrlik edəcək

Bu ölkə 2027-ci ildə BRICS-ə sədrlik edəcək

Yuxululuq, halsızlıq, diqqət azalması: “Payız yorğunluğu”nun gizli səbəbləri BƏLLİ OLDU

Yuxululuq, halsızlıq, diqqət azalması: “Payız yorğunluğu”nun gizli səbəbləri BƏLLİ OLDU

Oğul ona siqaret almayan atasını bıçaqladı

Oğul ona siqaret almayan atasını bıçaqladı

Azərbaycanda NADİR HADİSƏ: Uşaq ananın bətnində yox, qaraciyərindədir - VİDEO

Azərbaycanda NADİR HADİSƏ: Uşaq ananın bətnində yox, qaraciyərindədir - VİDEO

DİN-dən son sutkanın əməliyyat HESABATI

DİN-dən son sutkanın əməliyyat HESABATI

Bakı aeroportunda sərnişinlər üçün maraqlı əyləncə ZONASI – “Tilsimli meşə” - FOTO

Bakı aeroportunda sərnişinlər üçün maraqlı əyləncə ZONASI – “Tilsimli meşə” - FOTO

İran ABŞ-la danışıqlar üçün ŞƏRTLƏRİNİ açıqladı

İran ABŞ-la danışıqlar üçün ŞƏRTLƏRİNİ açıqladı

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

“Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda tədbir keçirildi – FOTO

“Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda tədbir keçirildi – FOTO

Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi – FOTO

Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi – FOTO

Şəlalə Ana Hümmətli: “Çəmənzəminli haqqında altı kitabımız nəşr olunub”

Şəlalə Ana Hümmətli: “Çəmənzəminli haqqında altı kitabımız nəşr olunub”

End of content

No more pages to load

RADİO