"Bu gün Yusif Vəzir Çəmənzəminlinin ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində ədibin yaradıcılığına, həyat yoluna işıq salındı".
Bizim.Media xəbər verir ki, bu sözləri “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Yusif Vəzir Çəmənzəminli irsinin işığında” adlı tədbirdə ictimai birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli bildirib.
"Bu gün Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının növbəti ildönümüdür. Tədbirdə Yusif Vəzir Çəmənzəminli haqqında son tədqiqatlarımız, onunla bağlı tapıntılarımız, maraqlı məsələləri müzakirə etdik.
İllərlə apardığımız tədqiqatlar nəticəsində onun haqqında altı kitabımız nəşr edilib. Onun haqqında son nəşr olunan kitabım "Millət fədaisi Yusif Vəzir Çəmənzəminli irsinin izində" kitabıdır, təqdimatı Şuşada keçirilib” - deyə o qeyd edib.
Nəzrin Mirzəyeva, İntiqam Babayev, Bizim.Media