Kəlbəcərdə növbəti Bal Festivalı keçirildi – FOTO/VİDEO

Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.

Festival IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə olub. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, yerli sakinlər iştirak ediblər.

Bizim.Media xəbər verir ki, tədbirdən əvvəl nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə tanış olublar.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcərdə işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri barədə diplomatik korpusun nümayəndələrinə ətraflı məlumat verib. Bildirilib ki, rayonda müasir infrastrukturun yaradılması, sosial-iqtisadi inkişafın təmin edilməsi, kənd və şəhərlərin yenidən qurulması, eləcə də əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Kəlbəcərə qayıdışla bağlı hazırlanan video çarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Kəlbəcərin işğaldan azad edildikdən sonra sürətlə yenidən qurulduğunu, şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin burada yeni inkişaf mərhələsinin əsasını qoyduğunu bildirib.

Hikmət Hacıyev, həmçinin Kəlbəcər sakinlərinə dünyanın müxtəlif ölkələrindən gələn diplomatları qonaqpərvərliklə və istiqanlılıqla qarşıladıqlarına görə təşəkkürünü bildirib.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur və soydaşlarımız doğma yurdlarına qayıdırlar.

O qeyd edib ki, Kəlbəcərin qədim təsərrüfat ənənələrindən olan arıçılıq bu gün də inkişaf edir və arıçıların öz məhsullarını Bal Festivalında təqdim etməsi təqdirəlayiqdir.

Bəşir Hacıyev festivalın ənənəvi xarakter alaraq ildən-ilə genişlənəcəyinə və Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyinə inandığını vurğulayıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində kənd təsərrüfatının, o cümlədən Kəlbəcərdə arıçılığın inkişafı üçün geniş imkanlar yaradılıb. 2026-cı ildə rayon ərazisinə 3396 fermerə məxsus 148 min 308 arı ailəsinin mövsümi köçürülməsinə icazə verilməsi arıçılığa marağın göstəricisidir.

Nazir Məcnun Məmmədov əlavə edib ki, Kəlbəcərdə nümayiş olunan məhsullar və arıçıların zəhməti Azərbaycanda arıçılığın böyük potensiala malik olduğunu göstərir və əsas hədəf bu potensialı inkişaf etdirərək, yerli arıçılıq məhsullarının keyfiyyət və rəqabət qabiliyyətini artırmaq, Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirməkdir:

“İnanıram ki, dövlət dəstəyi və birgə səylər nəticəsində Azərbaycan balı yaxın illərdə həm daxili, həm də dünya bazarlarında mövqeyini daha da möhkəmləndirəcək”.

Festival konsert proqramı ilə davam edib.

Festivalın əsas məqsədi Azərbaycan balının tanıdılması və coğrafi brendləşməsi, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.

Kəlbəcər Bal Festivalında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, eləcə də respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 34 arıçı fermer iştirak edib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc Arıçı” layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər.

Arıçıların istehsal etdiyi bal və digər arıçılıq məhsullarının nümayişi, arıçılıq sahəsində tətbiq olunan innovativ yanaşma və texnologiyalar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Ziyarətçilər, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri arıçı fermerlərin təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsullarına baxış keçirib, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə fikir mübadiləsi aparıblar.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

Kəlbəcərə ilin sonunadək nə qədər insan köçürüləcək? - RƏSMİ

Kəlbəcərə ilin sonunadək nə qədər insan köçürüləcək? - RƏSMİ

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun” – VİDEO

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun” – VİDEO

Bakı 140-dan çox ölkənin nümayəndələrini bir araya gətirdi

Bakı 140-dan çox ölkənin nümayəndələrini bir araya gətirdi

Hikmət Hacıyev: “Kəlbəcər yenidən qurulur, canlanır”

Hikmət Hacıyev: “Kəlbəcər yenidən qurulur, canlanır”

40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur... - QRAFİK

40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur... - QRAFİK

Lavrov Zelenskini Moskvaya DƏVƏT ETDİ

Lavrov Zelenskini Moskvaya DƏVƏT ETDİ

İndoneziyanın ən aktiv vulkanı 700 metrlik kül püskürtdü

İndoneziyanın ən aktiv vulkanı 700 metrlik kül püskürtdü

Kəlbəcərdə növbəti Bal Festivalı keçirildi – FOTO/VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirildi – FOTO/VİDEO

Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Gürcüstanda müxalifət lideri Giorgi Baramidze həbs edildi

Gürcüstanda müxalifət lideri Giorgi Baramidze həbs edildi

“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə... – VİDEO

“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə... – VİDEO

Bu ölkə 2027-ci ildə BRICS-ə sədrlik edəcək

Bu ölkə 2027-ci ildə BRICS-ə sədrlik edəcək

Yuxululuq, halsızlıq, diqqət azalması: “Payız yorğunluğu”nun gizli səbəbləri BƏLLİ OLDU

Yuxululuq, halsızlıq, diqqət azalması: “Payız yorğunluğu”nun gizli səbəbləri BƏLLİ OLDU

Oğul ona siqaret almayan atasını bıçaqladı

Oğul ona siqaret almayan atasını bıçaqladı

Azərbaycanda NADİR HADİSƏ: Uşaq ananın bətnində yox, qaraciyərindədir - VİDEO

Azərbaycanda NADİR HADİSƏ: Uşaq ananın bətnində yox, qaraciyərindədir - VİDEO

DİN-dən son sutkanın əməliyyat HESABATI

DİN-dən son sutkanın əməliyyat HESABATI

Bakı aeroportunda sərnişinlər üçün maraqlı əyləncə ZONASI – “Tilsimli meşə” - FOTO

Bakı aeroportunda sərnişinlər üçün maraqlı əyləncə ZONASI – “Tilsimli meşə” - FOTO

İran ABŞ-la danışıqlar üçün ŞƏRTLƏRİNİ açıqladı

İran ABŞ-la danışıqlar üçün ŞƏRTLƏRİNİ açıqladı

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

“Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda tədbir keçirildi – FOTO

“Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda tədbir keçirildi – FOTO

Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi – FOTO

Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi – FOTO

Şəlalə Ana Hümmətli: “Çəmənzəminli haqqında altı kitabımız nəşr olunub”

Şəlalə Ana Hümmətli: “Çəmənzəminli haqqında altı kitabımız nəşr olunub”

End of content

No more pages to load

RADİO