Hikmət Hacıyev: “Kəlbəcər yenidən qurulur, canlanır”

Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir.

Bizim.Media “Report.az”a istinadla xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Kəlbəcər rayonunda İkinci Bal Festivalında çıxışında deyib.

"Doğma Kəlbəcərimizdə olmaq bizim hər birimiz üçün bu günlərdə böyük qürur hissidir. Mən 1993-cü ilin o qanlı-qadalı günlərini yaşım az olsa da – təqribən mənim 13-14 yaşım var idi – o günləri çox gözəl xatırlayıram. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, çörəksiz, qidasız, ilk üz tutduqları yerlərdən biri də məhz Gəncə şəhəri idi. O zaman onların yerləşdirildiyi ilk məntəqələrdən biri də Gəncə Şəhər Texnologiya Universitetinin yataqxanası idi, hansı ki, bizim evimiz onun yaxınlığında yerləşirdi", - H.Hacıyev qeyd edib.

H.Hacıyev bildirib ki, Kəlbəcər sakinlərinin həmin dövrdə yaşadığı hadisələri böyük təəssüf hissi ilə xatırlayır:

"O günləri mən hələ də böyük faciə hissi ilə xatırlayıram, yaşımın az olmasına baxmayaraq. Kəlbəcər sakinləri böyük, ağır əzabdan keçərək, Ömər aşırımını, o qarlı, qadalı günlərdə ayaqyalın, başıaçıq keçərək Gəncə şəhərinə pənah gətirmişdilər".

H.Hacıyev Kəlbəcərin uzun müddət mühasirədə qaldığını vurğulayıb:

"Təəssüflər olsun ki, Kəlbəcər şəhərinin, kəlbəcərlilərin həmin dövrdə mühasirədə olmasını heç də beynəlxalq ictimaiyyət, hətta Azərbaycanın öz içərisində həmin dövrdə hakimiyyətdə olan bəzi qüvvələrin səriştəsizliyi nəticəsində insanlarımız hiss edə bilmirdilər. Kəlbəcər bir ilə yaxın müddətdə mühasirədə idi.

Bir tərəfdən Ağdərə istiqamətində Ermənistan qoşunları mühasirəyə almışdılar. Laçının işğalından sonra Kəlbəcərin o istiqamətdə yolu bağlanmışdı. O biri tərəfdən də Ermənistan, digər bir tərəfdən isə Murov dağlarının əhatəsində olan kəlbəcərlilər. Amma onlar - Kəlbəcər sakinləri, kəlbəcərlilər öz əzmlərini, inamlarını, qürurlarını itirmədilər".

Prezidentin köməkçisi Kəlbəcərin işğalı zamanı baş verən Tunel faciəsini də xatırladıb:

"Tunel faciəsini hələ də biz xatırlayırıq. Tunelin çıxacağında erməni terrorçusu Monte Melkonyan, hansı ki, Yaxın Şərqdən gəlmişdi, tunelin girəcəyində onlar pusqu qurmuşdular. Xocalı faciəsi qədər orada bir qəddar faciə baş verdi. Biz bunları unutmamalıyıq, bunlar da bizim tariximizin bir hissəsidir və orada Kəlbəcərlilərə ağır divan tutuldu".

O, həmin dövrdə Kəlbəcərli qadınların üzləşdiyi faciədən də danışıb:

"Və həmin zaman öz namusunu, qeyrətini qoruyan bizim Kəlbəcərli bacılarımız özlərini Tərtər çayına atdılar ki, xilas olsunlar".

H.Hacıyev bu hadisələrdən danışmağın çətin olduğunu, lakin həmin günlərin artıq geridə qaldığını deyib:

"Bunları yenə də mənə danışmaq hər birimiz üçün çətindir, amma çox xoş olan hissdir ki, o anlar artıq keçmişdə qalıb. Biz gözəl Kəlbəcərdəyik, Kəlbəcərdəyik".

H.Hacıyev uşaqlıq illərində Kəlbəcərdə olmadığını, Kəlbəcərli dostlarının şəhərin gözəlliyindən danışdıqlarını bildirib:

"Mənə nəsib olmamışdı mən Kəlbəcərdə olum uşaqlıq illərində. Həmişə Kəlbəcərli dostlarımız, yoldaşlarımız Kəlbəcərin gözəlliyindən danışırdılar, təsəvvür eləyirdim, amma belə gözəl olduğunu həqiqətən mən təsəvvür də edə bilmirdim. Kəlbəcər çox gözəldir".

O, Kəlbəcərin hazırda yenidən qurulduğunu və inkişaf etdiyini vurğulayıb:

"Və bu gün cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində biz doğma Kəlbəcərdəyik. Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir və bundan sonra da Prezident İlham Əliyevin siyasəti nəticəsində burada daha da böyük işlər görüləcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri BAŞA ÇATDI

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri BAŞA ÇATDI

Körfəzdə yeni gərginlik: Bəhreyn İranın olduğu masaya oturmayacaq

Körfəzdə yeni gərginlik: Bəhreyn İranın olduğu masaya oturmayacaq

İnfantino FİFA prezidentliyinə namizədliyi ilə bağlı QƏRARINI açıqladı

İnfantino FİFA prezidentliyinə namizədliyi ilə bağlı QƏRARINI açıqladı

Yeni Günəşlidə ilan göründü – VİDEO

Yeni Günəşlidə ilan göründü – VİDEO

Müəllimlərlə bağlı bu məlumatlar şəxsi kabinetlərinə GÖNDƏRİLDİ

Müəllimlərlə bağlı bu məlumatlar şəxsi kabinetlərinə GÖNDƏRİLDİ

"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

Kəlbəcərə ilin sonunadək nə qədər insan köçürüləcək? - RƏSMİ

Kəlbəcərə ilin sonunadək nə qədər insan köçürüləcək? - RƏSMİ

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun” – VİDEO

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun” – VİDEO

Bakı 140-dan çox ölkənin nümayəndələrini bir araya gətirdi

Bakı 140-dan çox ölkənin nümayəndələrini bir araya gətirdi

Hikmət Hacıyev: “Kəlbəcər yenidən qurulur, canlanır”

Hikmət Hacıyev: “Kəlbəcər yenidən qurulur, canlanır”

40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur... - QRAFİK

40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur... - QRAFİK

Lavrov Zelenskini Moskvaya DƏVƏT ETDİ

Lavrov Zelenskini Moskvaya DƏVƏT ETDİ

İndoneziyanın ən aktiv vulkanı 700 metrlik kül püskürtdü

İndoneziyanın ən aktiv vulkanı 700 metrlik kül püskürtdü

Kəlbəcərdə növbəti Bal Festivalı keçirildi – FOTO/VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirildi – FOTO/VİDEO

Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Gürcüstanda müxalifət lideri Giorgi Baramidze həbs edildi

Gürcüstanda müxalifət lideri Giorgi Baramidze həbs edildi

“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə... – VİDEO

“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə... – VİDEO

Bu ölkə 2027-ci ildə BRICS-ə sədrlik edəcək

Bu ölkə 2027-ci ildə BRICS-ə sədrlik edəcək

Yuxululuq, halsızlıq, diqqət azalması: “Payız yorğunluğu”nun gizli səbəbləri BƏLLİ OLDU

Yuxululuq, halsızlıq, diqqət azalması: “Payız yorğunluğu”nun gizli səbəbləri BƏLLİ OLDU

Oğul ona siqaret almayan atasını bıçaqladı

Oğul ona siqaret almayan atasını bıçaqladı

Azərbaycanda NADİR HADİSƏ: Uşaq ananın bətnində yox, qaraciyərindədir - VİDEO

Azərbaycanda NADİR HADİSƏ: Uşaq ananın bətnində yox, qaraciyərindədir - VİDEO

DİN-dən son sutkanın əməliyyat HESABATI

DİN-dən son sutkanın əməliyyat HESABATI

Bakı aeroportunda sərnişinlər üçün maraqlı əyləncə ZONASI – “Tilsimli meşə” - FOTO

Bakı aeroportunda sərnişinlər üçün maraqlı əyləncə ZONASI – “Tilsimli meşə” - FOTO

End of content

No more pages to load

RADİO