İsmayıllıdakı toyda 40 nəfərin zəhərlənməsinə düyü səbəb olubmuş... – RƏSMİ

Avqustun 20-də İsmayıllı rayonunda toy məclisində baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

İsmayıllıda toyda kütləvi ZƏHƏRLƏNMƏ


Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, 20.08.2026-cı il tarixində Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Çağrı Mərkəzinə İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisi zamanı kütləvi zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub:

“Məlumat əsasında AQTA əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 40 nəfər zərər çəkib. Araşdırmalar zamanı ilkin şübhəli qida məhsulları kimi buğlama və düyü müəyyən edilib. Həmin məhsullardan, istehlaka təqdim olunan digər qidalardan, eləcə də zərərçəkən şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək analizə cəlb olunub.

Laborator müayinələrin nəticələrinə əsasən, bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb.
 

Staphylococcus aureus normal hallarda dəri və selikli qişa mikroflorasında mövcud olan bakteriyadır. Termiki emaldan keçmiş hazır qida məhsullarında bu bakteriyanın aşkar olunması həmin məhsulların hazırlanması və ya sonrakı mərhələdə sanitariya-gigiyena tələblərinin pozulduğunu, o cümlədən çarpaz çirklənmənin baş verdiyini və ya saxlanma şəraitinə riayət edilmədiyini göstərir.


Qeyd edək ki, toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb. AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlər zamanı qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir.

Xüsusilə ev şəraitində hazırlanan qidaların kütləvi məclislərdə istehlaka təqdim olunması tövsiyə edilmir. Belə hallarda qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pivə zavodundan dənizə çirkab suları axıdılır? – RƏSMİ AÇIQLAMA – VİDEO

Pivə zavodundan dənizə çirkab suları axıdılır? – RƏSMİ AÇIQLAMA – VİDEO

Bakıdakı iki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - Qərar

Bakıdakı iki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - Qərar

Kadırovdan çeçenlərə: “Saqqalı uzatmayın, şalvarı qısaltmayın, çadra geyinməyin”

Kadırovdan çeçenlərə: “Saqqalı uzatmayın, şalvarı qısaltmayın, çadra geyinməyin”

FHN-dən “Şəki yaylası”nda ölümə səbəb olan hadisə ilə bağlı AÇIQLAMA

FHN-dən “Şəki yaylası”nda ölümə səbəb olan hadisə ilə bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən Baku Medical Plaza ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən Baku Medical Plaza ilə bağlı QƏRAR

Azərbaycanda utilizasiya edilən avtomobillərin əksəriyyəti “Lada”dır

Azərbaycanda utilizasiya edilən avtomobillərin əksəriyyəti “Lada”dır

Dünya Bankı Qrupunun Azərbaycandakı nümayəndəliyinə YENİ RƏHBƏR təyin edildi

Dünya Bankı Qrupunun Azərbaycandakı nümayəndəliyinə YENİ RƏHBƏR təyin edildi

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər keçiriləcək

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər keçiriləcək

Zubir “Qarabağ”a qayıdır? – Rəsmi

Zubir “Qarabağ”a qayıdır? – Rəsmi

Toy olmayacaq - "Bir oyun idi, bitdi"

Toy olmayacaq - "Bir oyun idi, bitdi"

Zərdabda su KƏSİLƏCƏK

Zərdabda su KƏSİLƏCƏK

Rusiya və Türkiyə bu sahədə razılığa gəldi – Moskvada NÖVBƏTİ RAUND

Rusiya və Türkiyə bu sahədə razılığa gəldi – Moskvada NÖVBƏTİ RAUND

90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? - VİDEO

90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? - VİDEO

Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO

Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO

İsmayıllıdakı toyda 40 nəfərin zəhərlənməsinə düyü səbəb olubmuş... – RƏSMİ

İsmayıllıdakı toyda 40 nəfərin zəhərlənməsinə düyü səbəb olubmuş... – RƏSMİ

1 viza ilə 6 ölkəni gəzmək imkanı - Tarixi qərar

1 viza ilə 6 ölkəni gəzmək imkanı - Tarixi qərar

Abşeronda qəbiristanlıqda soyğunçuluq edən şəxs SAXLANILDI

Abşeronda qəbiristanlıqda soyğunçuluq edən şəxs SAXLANILDI

Bakıda bəzi biznesləri çökdürən səbəb – Restoran sahibləri nədən NARAZILIQ EDİR?

Bakıda bəzi biznesləri çökdürən səbəb – Restoran sahibləri nədən NARAZILIQ EDİR?

Bakıda ana qolları olmayan körpəsindən imtina etdi - FOTO

Bakıda ana qolları olmayan körpəsindən imtina etdi - FOTO

"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı

"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı

Valideynlərin NƏZƏRİNƏ – Özəl bağçalara qeydiyyat başlayır – VİDEO

Valideynlərin NƏZƏRİNƏ – Özəl bağçalara qeydiyyat başlayır – VİDEO

Zatulin: Rusiya Ermənistanın şantajına boyun əyməyəcək

Zatulin: Rusiya Ermənistanın şantajına boyun əyməyəcək

Lənkəranda fəaliyyət göstərən mehmanxanaların sayı AÇIQLANDI

Lənkəranda fəaliyyət göstərən mehmanxanaların sayı AÇIQLANDI

Firuzə İbadova xəstəxanaya yerləşdirildi

Firuzə İbadova xəstəxanaya yerləşdirildi

End of content

No more pages to load

RADİO