İran parlamenti gəmilərin Hörmüz boğazından keçidinə görə rüsum alınması barədə qanun layihəsinin müvafiq maddəsini təsdiqləyib.
Bizim.Media "Al Mayadeen" telekanalına istinadla xəbər verir ki, tranzit keçid icazəsi olan gəmilər göstərilən xidmətlərə görə rüsum ödəyəcəklər.
Söhbət “Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə dair strateji tədbirlər” sənədinin 3-cü maddəsindən gəlir. Təsdiq olunmuş mətnə əsasən, rüsumlar ekoloji xidmətləri, yanacaqdoldurmanı, sığortanı və təhlükəsizliyin təmin edilməsini əhatə edir.
Bizim.Media