İran parlamentinin üzvü Mahmud Nəbəvian prezident Məsud Pezeşkianın müharibənin başa çatmasının zəruriliyi ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, iranlı millət vəkili “X” hesabında Pezeşkiana müraciətlə yazıb:
“Müharibəni indi bitirməliyik deməklə nəyi nəzərdə tutursunuz? Müharibəni biz başlamadıqmı?”
O, habelə, belə bir mövqenin İranın ABŞ və İsraillə qarşıdurmada geri çəkilməsi kimi qəbul edilə biləcəyini soruşub:
“Tramp və Netanyahudan müharibəni bitirmələrini və bizə hücum etməmələri üçün yalvarmalıyıqmı?”
Bizim.Media