Rusiya son on üç il ərzində ilk dəfə olaraq Aralıq dənizindəki hərbi dəniz varlığını tamamilə itirib. Buna səbəb Kremlin sanksiya altındakı neft tankerlərindən ibarət "kölgə donanmasını" NATO tərəfindən həbs olunmaqdan qorumaq üçün hərbi gəmilərin marşrutunu dəyişməyə məcbur qalmasıdır.
Bizim.Media "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, qərb rəsmilərinin sözlərinə görə, gərgin rejimdə çalışan Kremlin donanması çaşqınlıq içindədir.
Belə ki, əvvəllər Aralıq dənizində mövqe tutan gəmilər Vladimir Putinin sanksiyalı neft tankerləri flotiliyasını mühafizə etmək üçün başqa istiqamətlərə yönəldilib.
NATO nümayəndəsinin bildirdiyinə görə, iyun ayından bəri Aralıq dənizində tək bir Rusiya hərbi gəmisi də qalmayıb ki, bu da son on üç ilə yaxın dövrdə ilk dəfə qeydə alınan haldır.
Bizim.Media