Nazirliklər paytaxtın mərkəzindən köçürüləcək

Gürcüstan hakimiyyəti “Hökumət şəhərciyi”nin tikintisi ilə bağlı xüsusi komissiya yaradıb.

Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” hökuməti daha əvvəl parlament də daxil olmaqla bütün inzibati binaların şəhər mərkəzindən çıxarılması barədə qərar qəbul edib.

“Hökumət şəhərciyi”nin Tbilisidə “Arsenal dağı” adlanan ərazidə salınması planlaşdırılır. Söhbət məşhur gürcü primitivist rəssam Niko Pirosmaninin əsərində təsvir olunan ərazidən gedir.

Layihənin həyata keçiriləcəyi ərazinin ümumi sahəsi 77 hektara qədər olacaq.

Şəhərciyin tikintisi üzrə komissiyaya Baş nazir İrakli Kobaxidze rəhbərlik edəcək. Parlament sədrinə komissiyanın sədr müavini kimi daxil olmaq təklif edilib. İkinci sədr müavini isə infrastruktur naziri təyin olunub.
 

Bu ilin əvvəlində Bələdiyyə İnkişaf Fondu baş planın və eskiz layihələrinin hazırlanması üçün tender elan etmişdi. Lakin texniki tapşırığın yenidən nəzərdən keçirilməsi məqsədilə tender ləğv olunub.


Tikinti işlərinin konkret olaraq nə vaxt başlayacağı hələ məlum deyil. Layihənin təxmini ümumi dəyəri də açıqlanmayıb.

Bununla belə, layihənin bəzi detalları artıq məlumdur. Açıqlanan sənədlərdə qeyd olunur ki, şəhərcik “şəhər strukturuna inteqrasiya edilməli”, eyni zamanda qorunan perimetrlə əhatə olunmalıdır. KİV-in yazdığına görə, layihə faktiki olaraq vahid və mühafizə olunan inzibati klasterin yaradılmasını nəzərdə tutur.

Planlaşdırılan ərazi bir tərəfdən köhnə Kukiya qəbiristanlığı ilə həmsərhəddir.

Layihə çərçivəsində ümumilikdə 282 750 kvadratmetr yeni ofis və inzibati bina tikilməsi nəzərdə tutulur.

Yeni şəhərciyə parlamentin, hökumət administrasiyasının, Tbilisi meriyasının, Dövlət Təhlükəsizlik Xidmətinin və doqquz nazirliyin köçürülməsi planlaşdırılır.
 

Bunlar xarici işlər, iqtisadiyyat, təhsil, mədəniyyət, infrastruktur, regional inkişaf, səhiyyə və sosial təminat, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirlikləridir.


Həmçinin barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin ofisinin də yeni şəhərciyə köçürülməsi nəzərdə tutulur.

Layihədə müxtəlif tədbirlər üçün qəbul və tədbir məkanlarına ən azı 10 000 kvadratmetr sahənin ayrılması planlaşdırılır.

Ən böyük bina Tbilisi meriyasına məxsus olacaq. Onun sahəsi 59 900 kvadratmetr nəzərdə tutulur. Parlament üçün isə 31 350 kvadratmetrlik bina inşa ediləcək. Hazırda köçürülməsi planlaşdırılan dövlət qurumlarının mövcud binalarının gələcək taleyi məlum deyil. Həmin binaların satılıb-satılmayacağı, eləcə də satış qiymətlərinin necə müəyyənləşdiriləcəyi açıqlanmayıb.
 

“Hökumət şəhərciyi” ideyası yeni deyil. Bu təşəbbüsü ilk dəfə 2017-ci ildə həmin vaxt baş nazir vəzifəsində olan Giorgi Kvirikaşvili irəli sürüb.


Ötən ilin sonunda isə hazırkı Baş nazir İrakli Kobaxidze bu məsələ ilə yenidən məşğul olmaq qərarına gəlib. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

End of content

No more pages to load

RADİO