Moskvada dələduzun evindən 2–2,5 min il yaşı olan 24 qədim sarmat arxeoloji əşyası aşkarlanıb.
Bizim.Media xəbər verir ki, 32 yaşlı Andrey Afanasyev özünü FTX-nin yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək biznesmendən 50 milyon rubl alıb. O, həmçinin müəyyən məbləğ müqabilində qızıl hasilatı şirkətində məsləhətçi vəzifəsi vəd edib.
Dələduz başqa bir kolleksiyaçıdan isə arxeoloji əşyanın alınmasına kömək etmək adı ilə 20 milyon rubl tələb edib. Araşdırma zamanı onun kolleksiyaçıya göstərdiyi 24 qədim əşya da aşkarlanıb.
Axtarış zamanı Afanasyevdən 11 milyon rubl nağd pul da götürülüb. Arxeoloji artefaktların mənşəyi hələ müəyyənləşdirilməyib və onlar muzeyə təhvil verilib.
Məhkəmə dələduzu 8 il müddətinə azadlıqdan məhrum edib.





Bizim.Media