Rusiyanın Rostov vilayətində gecə saatlarında həyata keçirilən hava hücumu nəticəsində 3 nəfər ölüb, daha bir nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.
Moskva vilayətinin Podolsk şəhərində PUA hücumu nəticəsində 3 nəfərin yaralandığı, Moskva şəhərində isə daha 3 nəfərin xəsarət aldığı bildirilir.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, ötən axşamdan səhər saat 06:30-dək Moskva istiqamətində 600 PUA uçub, onlardan 201-i vilayət ərazisində məhv edilib.
Podolskda anbarlardan birində yanğın baş verib. Domodedovoda dərmanların saxlandığı başqa bir anbar da yanıb. Voskresenskdə sənaye obyektinin tikililərinə ziyan dəyib, Kaşirada isə yeni polis binası zədələnib.
Bizim.Media