Ermənistanın Armavir vilayətində, Crarat kəndi yaxınlığında elektrik verilişi xətti İrəvan–Gümrü istiqamətində hərəkət edən sərnişin qatarının vaqonunun üzərinə düşüb.
Bizim.Media xəbər verir ki, hadisə dünən saat 19:00 radələrində baş verib.
Nəticədə vaqonun taxta konstruksiyasında və relslərin yaxınlığında yanğın başlayıb. Sərnişinlər və qatar əməkdaşları alovun yayılmasının qarşısını alıblar. Daha sonra yanğın tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
Bizim.Media