Moskva vilayətinin Kolodino qəsəbəsində Rusiyanın Wildberries şirkətinə məxsus böyük logistika kompleksi güclü yanğınla əhatə olunub.
Bizim.Media xəbər verir ki, 200 min kvadratmetrdən çox sahəyə malik anbar şirkətin ən böyük logistika mərkəzi hesab olunur.
Yayılan görüntülərdə kompleksin geniş ərazisinin alov və tüstü içində qaldığı görünür.
Bundan başqa, “Severnoye Domodedovo” logistika mərkəzində də güclü yanğın baş verdiyi bildirilir.
Yanğınların səbəbi və mümkün itkilər barədə hələlik məlumat yoxdur.
Bizim.Media