Gürcüstanın Baş naziri İraqli Kobaxidze keçirdiyi brifinqdə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın mövqeyinə kəskin reaksiya verib.
Bizim.Media xəbər verir ki, Baş nazir Kallasın yanaşmasını "tamamilə rüsvayçı mövqe" adlandırıb.
Kobaxidze bildirib ki, əgər Rusiya Gürcüstanın 20 faiz ərazisi üzərindəki suverenliyini tanımasa, Kaya Kallas da Rusiyanın 100 faiz ərazisi üzərindəki suverenliyini tanımamalıdır.
Bu bəyanat Gürcüstan hökuməti ilə Avropa İttifaqı rəsmiləri arasında son dövrlər müşahidə olunan siyasi gərginliyin yeni bir təzahürü kimi qiymətləndirilir.
Bizim.Media