5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

Orta və yaşlı nəsil Sergey Mironoviç Kirovu yaxşı xatırlayır. Bir zamanlar hər rayonda onun adı əbədiləşdirilmişdi. Ən əsası Bakıda-Dağüstü parkda onun nəhəng heykəli ucaldılmışdı.

Kirova bu qədər diqqət ona olan sevgidən irəli gəlmirdi...

Sadəcə Azərbaycanda Sovet hökumətinin qurucularından biri o, idi. Və o, Azərbaycana rəhbərlik etdiyi qısa zamanda çox günahsız insanın qanını axıtmışdı.

Bəlkə də əlahəzrət ədalətin təntənəsi idi ki, o da öz əcəli ilə ölmədi. Bir qəfil gülləyə tuş gəldi. Hadisə isə indiki Sankt-Peterburqda baş verdi.
 

1 dekabr 1934-cü ildə Smolnı dəhlizində səslənən güllə sadəcə Leninqrad Vilayət Partiya Komitəsinin birinci katibinin sui-qəsdin xəbərçisi deyildi. Bu, Stalin dövrünün ən dəhşətli mexanizmi olan Böyük Terrorun təcəssümü idi.


Maraqlıdır ki, o illərdə SSRİ-də XVII Partiya Qurultayında seçilmiş Mərkəzi Komitənin 138 üzvü və namizəd üzvlərindən yalnız 40-ı növbəti Qurultaya qədər sağ qaldı.

Bəs bu qəsdin arxasında kim dayanırdı?

Qəribədir ki, Sovetlər vaxtında onilliklər boyu bunun cavab tapılmayıb. Digərləri kimi Kirovun barəsində aparılan araşdırmalar müəmmalı şəkildə ya qapadılıb, ya da nəticəsiz qalıb.

Baxmayaraq ki, Kirovun qatili “müəyyən edilmişdi”. Bu Leonid Nikolayev adlı bir partiya əməkdaşı idi. Qətlə görə o partiyadan xaric edildi. Amma sonradan o yenidən partiya sıralarına döndü. Heç həbs həyatı da yaşamadı. Və istintaq materiallarında belə bir “sübut” keçdi ki, guya insident qısqanclıq zəmnində baş verib.

Nikolayevin arvadı guya Kirovun gizli sevgilisi imiş...

Bu ideyanı o zamankı dövlət başçısı İosif Stalin irəli sürdürmüşdü. Amma Kremlin kuluarlarında gəzən söbətlərə görə Stalin Kirovu özünə rəqib görürdü. Ona görə də onu aradan götüzdürdü.
 

Stalindən sonrakı dövrdə Baş katib Nikita Xruşşovun göstərişi ilə Kirovun ölümünü araşdıran xüsusi komissiya yaradıldı. 1956-cı ildə Vyaçeslav Molotova "Kirov işi”ni araşdırmaq tapşırıldı.


Nəzərə alaq ki, Molotov köhnə məktəbin adamı idi. O, özü də 1934-cü ildə, sui-qəsddən sonrakı gün Stalinlə birlikdə Leninqrada gəlmişdi. O, otuz ildir çiyin-çiyinə işlədiyi Baş katibə qarşı çıxa bilərdimi? Ona görə də komissiyanın işi qısa zamanda yekunlaşdı və cinayət işində Stalinin izi tapılmadı. Komissiya ilkin rəyi qüvvədə saxladı – qısqanclıq Kirovun sonunu gətirmişdi.

Aydındır ki, Molotovun nəticələri Xruşşovu qane etmədi.

1960-cı ildə ikinci bir komissiya yaratdı. Ona Stalinin dövründə Ali Sovet Rəyasət Heyətinin sədri vəzifəsini tutan partiya xadimi Nikolay Şvernik rəhbərlik edirdi.

 

Yeni komissiyanın üzvləri Leonid Nikolayevin sadəcə cinayətin törədicisi olduğu və bunun NKVD zabitləri tərəfindən təşkil edildiyi qənaətinə gəldilər. Üstəlik, cinayətkar dəstənin Stalinin birbaşa əmrləri ilə hərəkət etdiyi müəyyənləşdi.


Növbəti il, 1961-ci ildə yenidən Şvernikin rəhbərlik etdiyi üçüncü komissiya yaradıldı. Bu komissiyaya KQB, prokurorluq və Marksizm-Leninizm İnstitutunun əməkdaşları daxil idi. Lakin əsas fiqur üç mindən çox şahidi dindirən veteran bolşevik Olqa Şatunovskaya idi.

Şatunovskayanın şübhəsi yox idi ki, Kirov Stalinin əmri ilə aradan götürülüb. O, bunu birbaşa Xruşşevə bildirdi. Lakin cavab olaraq o, "İndi bizi başa düşməyəcəklər. 15 ildən sonra buna qayıdacağıq" fikirlərini eşitdi. Beləliklə, Komissiya bağlandı.

Cinayətlə bağlı dördüncü Komissiya öz işinə 1963-cü ildə başlamış və 1967-ci ildə başa çatdırmışdı. Ona Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Arvids Pelşe rəhbərlik edirdi.

Ona qəti tapşırıq verilmişdi: istintaqı birdəfəlik başa çatmalıdır.

Pelşe tapşırığı yerinə yetirdi. Onun qərarı isə birmənalı oldu: Nikolaev cinayəti təkbaşına törədib və  NKVD-nin bu işdə rolu olmayıb.
 

Nəhayət SSRİ-ni dağılma ərəfəsində olduğu bir vaxtda Mərkəzi Komitənin katibi, Qorbaçov islahatlarının ideoloqu olan Aleksandr Yakovlev prokurorluqdan və KQB-dən yeni araşdırma tələb etdi.


Qısa zamanda müstəntiqlər tərəfindən ərsəyə gətirilən hesabatda deyilirdi: Nikolayev cinayəti tək törədib. Vəssalam...

Beləcə sui-qəsdin arxasında duran təşkilatçı tapılmadı. Sonuncu Sovet komissiyası da Stalinin Kirovun qətlində birbaşa iştirakını sübut edə bilmədi.

Bəs, həqiqət niyə üzə çıxmadı?

Maraqlıdır ki, Kirovun ölümünü 5 Dövlət Komissiyası araşdırsa da, onların heç birinin qərarı sovet cəmiyyətinə inandırıcı gəlmədi. Bu də səbəbsiz deyildi.

Birincisi komissiya şəxsi motivasiyanı irəli sürdü. İkinci komissiya cinayətdə NKVD ilə Stalininin iştirakını bəyan etdi. Üçüncü komissiya isə tam fərqli fikirlərə malik idi. Dördüncüsü “tənha canavar” nəzəriyyəsinə qayıtdı. Beşincisi yenidən Stalinin iştirakını sənədləşdirdi, lakin ona qarşı heç bir dəlil tapmadı.

Bəs elə isə cinayət işi niyə 55 il araşdırıldı?

Cavab sadədir. Hər bir komissiya sonda həqiqəti deyil, siyasi cəhətdən əlverişli cavabı axtarırdı. Molotov Stalinə qarşı çıxa bilməzdi - onların çoxlu əlaqələri var idi. Şvernik və Şatunovskaya isə əksinə, Stalinin cani imicindən faydalanan Xruşşevi razı salmağa çalışırdılar.

Pelşe məsələni yuxarıdan gələn əmrlərlə həll etdi. Yakovlev həqiqəti axtardı, amma dağılan bir sistem kontekstində onu tapmaq artıq mümkün deyildi. Ona görə də cinayət işi siyasi maraqlar ucbatından hər dəfə yarımçıq qapadıldı...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynadan Rusiyaya 400-ə yaxın dron GÖNDƏRİLDİ - FOTO

Ukraynadan Rusiyaya 400-ə yaxın dron GÖNDƏRİLDİ - FOTO

Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

Şimal-qərb bölgəsinə sel nə qədər zərər vurub? - VİDEO

Şimal-qərb bölgəsinə sel nə qədər zərər vurub? - VİDEO

Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi

Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi

Avropa Kuboku: Azərbaycan atıcısı 2-ci qızıl medalını qazandı

Avropa Kuboku: Azərbaycan atıcısı 2-ci qızıl medalını qazandı

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO

Samur-Abşeron kanalında gənc batdı

Samur-Abşeron kanalında gənc batdı

Ağ Ev senatorun ölümü ilə əlaqədar bayraqları yarıya endirdi

Ağ Ev senatorun ölümü ilə əlaqədar bayraqları yarıya endirdi

Haluk Levent saxlanıldı

Haluk Levent saxlanıldı

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

ABŞ-da körpü Trampın adını daşıyacaq

ABŞ-da körpü Trampın adını daşıyacaq

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

"İsrail ən böyük dostunu itirdi"

"İsrail ən böyük dostunu itirdi"

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Cənubi Koreya KXDR-dən kömək istədi

Cənubi Koreya KXDR-dən kömək istədi

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

End of content

No more pages to load

RADİO