İyulun 2-də yerli vaxtla saat 19:05-də Ermənistanın İcevan şəhərindən 14 km şimalda, ocağının dərinliyi 10 km olan 2.4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb.
Zəlzələnin koordinatları 41.00⁰ şimal enliyi və 45.16⁰ şərq uzunluğudur. Episentrdə yeraltı təkanların intensivliyi 3 bal təşkil edib.
Zəlzələ Tavuş bölgəsinin İcevan şəhərində, eləcə də həmin bölgənin Haştarak, Sevkar və Açacur kəndlərində 2-3 bal gücündə hiss olunub.
Bizim.Media