İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında ABŞ ilə yekun razılaşmanın hazırlanması üzrə danışıqların növbəti mərhələsindən danışıb.
Bizim.Media bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.
İsmayıl Bəqainin sözlərinə görə, vasitəçilər yolu ilə lazımi məsləhətləşmələr aparılır və danışıqların başlanması üçün şərait yarandıqda bu barədə məlumat veriləcək.
Kanalın məlumatına görə, bu günə planlaşdırılan İsveçrə görüşünə gəlincə, Bəqayi qeyd edib ki, Anlaşma Memorandumunun mətninin rəqəmsal formatda imzalandığını nəzərə alaraq, sözügedən görüşün İsveçrədə keçirilməsi təxirəsalınmaz xarakter daşımır, lakin yaxın günlərdə təşkil olunması planlaşdırılır.
Bizim.Media