Moskvaya rekord sayda PUA hücumu: 180 dron vuruldu - Aeroportda təxliyə - FOTO

Rusiya paytaxtı Moskva şəhəri və Moskva vilayəti genişmiqyaslı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, Moskva meri Sergey Sobyanin "Maks" messencerində yaydığı bəyanatda paytaxt istiqamətində zərərsizləşdirilən dronların sayının 180-ə çatdığını və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini davam etdirdiyini bildirib.

Məlumata görə, hücum zamanı dronlardan biri məşhur "Sadovod" ticarət mərkəzinin üzərinə düşüb, hadisə nəticəsində xəsarət alan olmayub. Digər bir neçə PUA isə Moskva neft emalı zavodunun (NEZ) ərazisinə qədər uça bilib.

Hazırda zavodda hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Qəza ilə əlaqədar paytaxtın cənub-şərqində yerləşən Kapotnya rayonunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.
 

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə dronların çoxmərtəbəli yaşayış binasına, fərdi evə, fitnes mərkəzinə, sənaye zonasına və digər bir ticarət mərkəzinə düşdüyünü açıqlayıb. Vilayətin Jukovski şəhərində, Qaqarin küçəsində yerləşən çoxmərtəbəli binanın 23 və 24-cü mərtəbələri arasındakı yanğın nərdivanının çıxışı və iki eyvan tavası zədələnib.


Qubernatorun paylaşdığı kadrlardan binaların və bir minik avtomobilinin tamamilə yanaraq məhv olduğu görünür. Hadisələr zamanı bir qadın xəsarət alsa da, xəstəxanaya getməkdən imtina edib.

Kütləvi PUA hücumu fonunda Moskvadakı "Vnukovo", "Domodedovo" və "Şeremetyevo" hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər qoyulub. "Şeremetyevo" aeroportunda sərnişinlər, o cümlədən təyyarə göyərtəsində olan şəxslər təhlükəsiz yerlərə təxliyə edilib. "Rosaviasiya" təhlükəsizlik məqsədilə tətbiq edilən bütün məhdudiyyətlərin artıq aradan qaldırıldığını bəyan edib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yevlaxda qəzada ölənlər qardaşdırlar - TƏFƏRRÜAT

Yevlaxda qəzada ölənlər qardaşdırlar - TƏFƏRRÜAT

İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO

İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO

Putin ilk dəfə Kuril adalarına getdi- Yaponiyadan etiraz – VİDEO

Putin ilk dəfə Kuril adalarına getdi- Yaponiyadan etiraz – VİDEO

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi

Buzovnada aylardır davam edən yol təmiri – Nə vaxt başa çatacaq? – VİDEO

Buzovnada aylardır davam edən yol təmiri – Nə vaxt başa çatacaq? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı

İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı

İmişlidə yanğın törədən şəxs SAXLANILDI

İmişlidə yanğın törədən şəxs SAXLANILDI

Özündən 17 yaş kiçik həmkarı ilə evlənən aktyor 55 yaşında ilk dəfə ata olacaq

Özündən 17 yaş kiçik həmkarı ilə evlənən aktyor 55 yaşında ilk dəfə ata olacaq

32 ölkə İranla bağlı bəyanat yaydı

32 ölkə İranla bağlı bəyanat yaydı

Elnur Məmmədovun ailəsində - Ağır itki

Elnur Məmmədovun ailəsində - Ağır itki

DYP-dən piyadalara MÜRACİƏT

DYP-dən piyadalara MÜRACİƏT

Gəncədə AĞIR QƏZA – Ölən var

Gəncədə AĞIR QƏZA – Ölən var

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Samuxda kütləvi ZƏHƏRLƏNMƏ - Beş nəfər xəstəxanalıq oldu – ADLAR

Samuxda kütləvi ZƏHƏRLƏNMƏ - Beş nəfər xəstəxanalıq oldu – ADLAR

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin VİDEOSU

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin VİDEOSU

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Varlananda dəyişməyən 4 bürc

Varlananda dəyişməyən 4 bürc

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

Sosial müavinət alanların nəzərinə

Sosial müavinət alanların nəzərinə

End of content

No more pages to load

RADİO