Ermənistan parlamentinin sədri Alen Simonyan və Anelya Qubryan nikahlarının rəsmiləşdirilməsi üçün VVAQ (ZAQŞ) orqanına müraciət ediblər.
Bizim.Media xəbər verir ki, Simonyan bununla bağlı müvafiq videogörüntünü öz sosial şəbəkə səhifəsində paylaşıb.
Ermənistan parlamentinin spikeri paylaşdığı videonun şərh bölməsində "Biz də ərizə verdik", – deyə qeyd edib.
Erməni mətbuatının yazdığına görə, Alen Simonyanın həyat yoldaşı Anela Qubryan ondan təxminən 20 yaş kiçikdir. Qubryan model kimi fəaliyyət göstərir.
Bizim.Media