İranın cənubunda, Hörmüzqan əyalətində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələri mərkəzi Bəndər-Abbas port şəhərindən təxminən 112-113 kilometr şimal-şərqdə (sözügedən limanın akvatoriyası Hörmüz boğazının şimal hissəsində yerləşir), yerin 10 kilometr dərinliyində qərarlaşıb.
Bölgənin böhran idarəetmə mərkəzinin məlumatına görə, yeraltı təkanlar qonşu Kirman əyalətində də hiss olunub. Hadisə nəticəsində hər hansı dağıntı, tələfat və ya xəsarət alanlar barədə rəsmi qurumlara hələlik məlumat daxil olmayıb.
Bizim.Media